İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
144
Zəif sukeçirən torpaqlar -
su buraxılandan sonra bir saat müddətində 5 sm-dən az
təbəqə su hopdurur. Suvarma norması bitki növündən torpağın tipindən asılı olaraq
450-500 m
3
-dən 700-800 m
3
-ə qədər ola bilər. Respublikamız üçün (aran
rayonlarında) ədviyyat, bitki çayları və dərman bitkilərinin vegetasiya müddətində
suvarma normaları aşağıdakı kimidir (Cədvəl 4.1):
Bitkilər
Suvarmanın
sayı
Hər
dəfə
su
norması, m
3
/ha
Cəmi suvarma
norması, m
3
Ədviyyat, bitki çayları və
dərman bitkiləri və açıq
şitilliklər
3-5
150-200
450-1000
Orta və gec yetişən
10-15
400-450
400-6750
Payızlıq və yazlıq ədviyyat,
bitki çayları və dərman
bitkiləri
5-7
450-500
2000-3150
Cədvəl 4.1.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin vegetasiya müddətində suvarma normaları
Misal:
Ədviyyat, bitki çayları və dərman bitkiləri əkilən sahədə torpağın
tarla rütubət
tutumu 26 %, həmin sahədə torpağın nəmliyi isə 15 %-dir. Bu nəmliyin tam tarla rütubət
tutumunun neçə %-ni təşil etdiyini və bununla da suvarma vaxtını təyin edək.
Hesablama
nəticəsində müəyyən edildi ki, torpaqda olan nəmlik, tarla rütubət
tutumunun 57,7 %-ni təşkil edir və bu göstərici çox aşağıdır.
Yəni həmin fazada bitkilərə
torpağın tarla rütubət tutumunun 75 %-i qədər nəmlik lazımdır. Bu isə suvarmanın vacib
olduğunu göstərir. Bundan sonra çatışmayan su norması, torpaqda olan su ehtiyatını
müəyyən etməklə tapılır. Bunun üçün aşağıdakı düsturdan istifadə edilir:
𝐕
𝐭
= 𝐡 ∗ 𝐝 ∗ 𝐖
𝐭
Dostları ilə paylaş: