Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
129
Alaq bitkilərinə qarşı tətbiq edilən aqrotexniki tədbirlər
sisteminə; üzləmə və diskləmə, iki laylı dərin şum, arat, səpin
qabağı və vegetasiya becərmələri, habelə növbəli əkinlərin tətbiqi
daxil edilir.
Alaq bitkilərinə qarşı fiziki mübarizədə onların yaşayış
şəraitinin dəyişdirilməsi və həyat amillərindən məhrum edilməsi
prinsipi əsas götürülür. Bu məqsədlə mulçalama, su ilə
doydurma, elektromaqnit sahəsinin yaradılması və sairə
üsullardan istifadə olunur.
Əkinçilikdə alaq otlarına qarşı istifadə olunan kimyəvi
maddələr
herbisid
(latınca herbus-ot, tsido-məhv edirəm) adlanır.
Bitkiləri məhv etmə xarakterinə görə herbisidlər
başdan
-
başa (kütləvi) və seçici
(selektiv) təsir edən olmaqla iki qrupa
bölünürlər.
Dostları ilə paylaş: