Biçin qalıqları
(saman, çiyid qabığı, yığılmış bitkilərin gövdə
və qalıqları) əla mulçadır. Xəstə bitki qalıqları diqqətlə
seçilməlidir. Paxlalı bitkilərin qalıqları xüsusilə yaxşıdır;
İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
126
Ağac kəpəyi
ən çox istifadə edilən mulça olmaqla, açıq rəngli
olduğu üçün torpağın çox qızmasına imkan vermir və bitkilər
üçün sərinlik şəraiti yaradır. Bu materiallar cərgəarasına və
bitkilərin dibinə eyni qaydada yayılmalı və torpaq səthində
qalınlığı 3-5 sm olmalıdır. eyni zamanda belə materiallar işlənib
torpağa qatılır və üzvi gübrə kimi münbitliyi artır. Lakin böyük
sahələrə vermək üçün çoxlu miqdar üzvi qalıq tələb olunur.
Təzə biçilmiş ot -
bir az solmalıdır ki, çürümə prosesi və ya
göbələk xəstəliklərinin əmələ gəlməsinin qarşısı alınsın. Təzə
biçilmiş otla yağmurlu hava şəraitində mulçalama aparmaq
olmaz. Biçilən bitkilər toxumsuz olmalıdır.
Xəzəl -
əvvəlki bəndin xəbərdarlığını yaddan çıxarmayın.
Bundan əlavə, bu materialla küləkli havada və ya küləkli
sahədə,
ümumiyyətlə,
mulçalamanın
aparılması
əhəmiyyətsizdir. Lakin ən başlıcası, əksər bitkilərin yarpağı
torpaqda turşuluğu artırır.
Tərkibində digər bitki və mikroorqanizmlər üçün toksiki
maddələr olan bitkilərin (söyüd gülü, qara bəngotu,
gənəgərçək) və ya fıtonsidlərin (evkalipt, dəfnə, şabalıd, ardıc,
akasiya, yunan qozu, sərv ağacı) yarpaqları ilə mulçalama
aparmaq olmaz;
Qara sellofan -
torpağı gübrələmir və ən başlıcası, baha başa
gəlir (sellofan bir ildən sonra çatlayır və cırılır).
Mulçalamanın altı əsas qaydası:
Mulçalamadan əvvəl torpağı yumşaltmaq lazımdır;
Biçin qalıqları, kəsilmiş budaqlar və digər oxşar material ilə mulçalama aparmadan
əvvəl onları bir qədər xırdalamaq lazımdır. Qalıqlar nə qədər xırda olsa, o qədər tez
çürüyüb torpağı gübrələyər;
Yaşıl material ilə mulçalama zamanı onu nazik layla və tez-tez yeniləşdirərək istifadə
etmək lazımdır;
Quru material ilə quraq iqlim şəraitində mulçalama zamanı (onu qalın layla döşəmək
olar) onu nəmləndirmək (daha yaxşı olar ki, maye gübrələrlə) lazımdır;
Tədbiri həyata keçirərkən mədəni bitkinin mulça altında qalmamasına diqqət yetirin;
Mulçanın tərkibində alaq otlarının toxumları, eləcə də zərərverici, xəstəliklər və
toksiki maddələr olmamalıdır.
|