Botaniki təsviri və sort seçmə meyarları. Şüyüd bitkisi mil kök və onun üzərində
budaqlanan kökcüklər əmələ gətirir. Yarpaq
qrupu 6-12 yarpaqdan ibarət olur, uzunluğu 12-40
sm-dir. Belə ki, 12 sm-ə qədər kiçik, 12-25 sm
orta, 25-40 sm olan yarpaqlar isə uzun
yarpaqlardır (Şəkil 1.16). Aşağı və оrta pillədə
оlan yarpaqlar saplaqlı, yuхarıda yеrləşən
yarpaqlar saplaqsızdır, qınlıdır. Yarpaq ayası 5-26
sm, еni 5-29 sm, saplağın uzunluğu 2,6-10 sm-dir.
Sortlarından asılı olaraq şüyüdün yarpaqları
sarımtıl yaşıldan, açıq və tünd-mavi yaşıla kimi
dəyişir.
Şüyüd gövdəsi (zoğu) qısa boylu (36-60 sm),
orta boylu (60-100 sm) və uzun boylu (110-155
sm) olmaqla 3 qrupa bölünür. Dikinə böyüyərək,
2-6 dərəcə budaq əmələ gətirir, yumru, sığallı, zəif
mum örtüklüdür.
Çiçək qrupu mürəkkəb, çox şüalı çətir olub 9-
56 xırda çətirciklərdən təşkil olunur. Mərkəzi
çətirin diametri 8-29 sm-ə çatır. Çətir yastı, zəif
qabarıqlı və qabarıqlı formada olur. Çiçəyi
ikicinslidir. Ləçəkləri 5 ədəd, sarıdır, dişicik
ikiyuvalı,
alt
yumurtalıqdır.
Meyvəsi
ikitoxumludur (Şəkil 1.17).
Şəkil 1.16. Şüyüd və keşniş bitkisinin yarpaqları Şəkil 1.17. Şüyüd bitkisinin çiçək qrupu Tохumları yastı lövһəvari, dəyirmi-еllipsvaridır. Rəngi açıq və tund-qəһvəyidir.
Bioloji xüsusiyyətləri. Soyuğadavamlı, işığa və rütubətə tələbkardır. Uzun gün bitkisidir.
Uzun günlərdə becərildikdə tezliklə çiçək zoğu verib çiçəkləməyə başlayır. Ona görə də
ərzaqlıq məqsədilə becərildikdə qısagünlü günlər və mülayim havalarda, toxum əldə etmək
üçün becərildikdə isə uzungünlü, isti havalarda becərmək lazımdır.
Toxumları 3
0
C-də cücərir, 20-30
0
C-də cücərməsi daha sürətlənir, 15-18
0
C-də şüyüd
bitkisi normal böyüyüb keyfiyyətli və yüksək ərzaqlıq məhsul yetişdirir.