Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
31
2.
Kəskin ədviyyat ətirli acı ədviyyatlar: mixək, ətirli istiot, zəncəfıl, çödükotu, mayaotu,
dəfnə, dazotu və sairə;
3.
Zəif ədviyyat ətirli, şirintəhər dadlı ədviyyatlar: darçın, muskat qozu, dəfnə yarpağı,
keşniş, cəfəri;
4.
Zərif ətirli ədviyyatlar: hil, muskat çiçəyi, küncüd, zəfəran, karapodium, sarıçiçək,
heyva, zirə, dağnanəsi, mərzə, kəklikotu, qazayağı və sairə;
5.
Kəskin fərdi xassəli ədviyyatlar: nanə, cirə, adaçayı, razyana, şüyüd, sarımsaq, soğan,
havuç, tikanlı kəvər, baldırğan, çaşır.
Siniflər
Ədviyyatlar
Yandırıcı ədviyyatlar
Bibər (cili bibəri), İstiot (qırmızı bibər), qara və ağ bibər, zəncəfil,
xardal
Yüngül ədviyyatlar
Paprika, keşniş
Ətirli ədviyyatlar
Allspice (pimento), hil, kassiya, darçın, mixək, kimyon, şüyüd,
fenugreek, mace və ceviz
Ədviyyatlı otlar
Reyhan, dəfnə, şüyüd yarpaqları, majoram, tərxun, kəklikotu
Ətirli tərəvəzlər
Soğan, sarımsaq, soğan yumrusu, kərəviz
Cədvəl 1.2. Ədviyyatların şərti təsnifatı
1.5. Ədviyyat, bitki çayları və dərman
bitkilərinin sortlarının seçilməsinin əsas
meyarları (aspektləri)
Ədviyyat, bitki çayları və dərman bitkiləri
çox tez yetişəndirlər. Onlar kütləvi cücərmədən,
25-60 gündən sonra istifadəyə başlanır. Xüsusilə,
keşniş və şüyüd daha tezyetişəndir (25-35 gün).
Cücərmədən 60-80 gün ərzində onların toxumu
yetişir. Ona görə bu bitkilərdən bir ildə iki dəfə
toxum, və ya 4-5 dəfə yaşıl kütlə yığmaq olar. Bu
səbəbdən də əhali il boyu təmin olunur (yaşıl
konveyer) (Şəkil 1.12).
Şəkil 1.12. Yaşıl konveyer
Ədviyyat, bitki çayları və dərman bitkiləri soyuğa davamlıdırlar. Yalnız reyhan və mərzə
istiyə tələbkardır. Soyuğadavamlı olan əksər ədviyyat, bitki çayları və dərman bitkilərinin
toxumu 0-5
0
C-də cücərməyə başlayır. Onların böyüməsi də müsbət 5
0
C-dən başlayır. Uzun
müddət 1-3
0
C şaxtaya, qısa müddət 3-5
0
C şaxtaya dözürlər. Bu bitkilər qar örtüyü altında,
havada 7-10
0
C şaxta olsa da, salamat qalır. Lakin, uzun müddət örtük altında (işıqsız) qala
bilməz. Bu halda yarpaqlar saralır və bitki məhv olur. Bitkilər üçün optimal temperatur 13±7
0
C-dir. Minimal və maksimal temperatur isə 13±14
0
C-dir (Mənfi 1 və müsbət 27
0
C). Lakin 20
0
C-dən yüksək temperatur ədviyyat, bitki çayları və dərman bitkiləri üçün zərərlidir. Reyhan
və mərzə istiyə tələbkar olduğundan onların toxumu ildə bir dəfə - aprel ayının 10–20–də
səpilir.
Dostları ilə paylaş: |