Sort və hibridləri. Azərbaycanda reyhanın bir sıra sort və hibridləri becərilir.
Edvina. İlboyu becərilən etibarlı, tez
böyüyən sortdur. Zəif işıqlanma şəraitində
becərildikdə əla nəticələr göstərmişdir. Bitkiləri
çox düzənlidir (Şəkil 1.21).
Rosi. Yarpaqları və gövdəsi bənövşəyi
rəngdə olan reyhandır. Bərk gövdəli, şaquli bitən,
yığcam bitkidir. Qışda dibçəkdə becəriləndə eyni
və intensiv rəng almasını saxlayır. Dolğun ətiri və
tez boy atması ilə fərqlənir.
Marian. Orta ölçülü, tünd yaşıl yarpaqlı
reyhandır. Yarpaqların kənar yanıqlığına qarşı
davamlıdır. Aşağı temperatura davamlı olması
problemli şəraitlərdə daşınmada keyfiyyətini
saxlamağı təmin edir.
Emili. Qısa buğumları olan yığcam sortdur.
İntensiv ətri olan yarpaqları uzunsov, tünd yaşıl,
orta ölçüdədir. Süni işıqlanmanın köməyilə
becərildikdə əla nəticələr verir. Cəlbedici əmtəəlik
görünüşünü uzun müddət saxlayır. İlboyu
becərmək üçündür.
Limona. Nəzərəçarpan
limon
ətirli
reyhandır.
Nazik,
sığallı
yarpağı
oval
formasındadır (Şəkil 1.22). Tez böyüyür.
Şəkil 1.21. Edvina sortu Şəkil 1.22. Limona sortu Gəncə reyhanı. Bu sort Gəncə əhalisi tərəfindən yaradılmışdır. Bitki yığcam kollu olub,
hündürlüyü 25-30 sm, yarpağı və gövdəsi açıq-yaşıl, görkəmi хоşagələndir. Cücərmədən 25-
30 gün sоnra istifadəyə başlanır, 35-50 gün sоnra çiçəkləyir (çiçəkləri ağdır), 60-70 gün sоnra
tохumu yеtişir. Vegetasiya müddətində 10-15 dəfə biçmək olur. Hər biçimdən 7-25 sentner
məhsul götürmək olur.