İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
44
Adi cəfəri -
Petroselinum sativum
Hoffm
Cəfəri Azərbaycan mətbəxində geniş istifadə olunan və
xalq arasında petruşka (rus dili) kimi də tanınan göyərtidir.
Cəfəri kökü və yarpağı yeyilən növlərə ayrılır (Şəkil
1.31). Köküyeyilən sortlar daha çoxdur. Ona görə də
kökümeyvəlilər qrupuna daxil edilir. Yarpaq cəfəri kök əmələ
gətirmir. Onun iri yarpaqları xörəklərin hazırlanmasında
istifadə olunur. Kök cəfərinin tərkibində 15 % quru maddə, o
cümlədən 10,7 % karbohidrat, 1,5 % zülal, 0,8 % mineral
maddə, 35 mq% C vitamini vardır. Cəfərinin yarpağında quru
maddənin miqdarı kökündə olduğu kimidir. Lakin zülal və
sellüloza 2 dəfə çox, mineral maddələr isə 2 dəfə azdır.
Cəfərinin yarpağında 190 mq% C vitamini, 10 mq% karotin,
həmçinin B1 və B2 vitaminləri vardır. Cəfəri toxumunda 2,7
%, kökündə 0,05 %, yarpağında isə 0,3 % efir yağı vardır.
Şəkil 1.31. Сəfəri bitkisinin yarpağı və kökü yeyilən forması
Botaniki təsviri və sort seçmə meyarları. Mil
kök sisteminə malik olmaqla, ətli kökümeyvə
əmələ gətirən forması da var. Kökümeyvənin
forması konusşəkilli və uzun konusşəkilli olmaqla,
rəngi sarı-ağ, boz-ağ və açıq qəhvəyidir. Çətirin
uzunluğu 20 (qısa) sm-dən 70 (uzun) sm-ə qədər,
kökümeyvənin uzunluğu isə 10 (qısa) sm-dən 20
(uzun) sm-ə qədərdir.
Kökmeyvənin çəkisi 30 (az) qramdam 100
(çox) qrama qədər dəyişir.
Çiçəkləri mürəkkəb çətir qrupuna malik
olmaqla, xırda və sarı, açıq sarı rənglidir (Şəkil
1.32).
Şəkil 1.32. Cəfərinin çiçək qrupu
Bioloji xüsusiyyətləri.
Cəfəri soyuğadavamlı və uzun gün bitkisidir. Mənfi 7-9
0
C-yə
dözür. Amma digər kökümeyvəlilərə nisbətən istiyə tələbkardır.
Vegetasiya müddəti birinci vegetasiya ilində zonadan asılı olaraq 90-100 gündən 140-
|