Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 45
150 günə qədər, ikinci vegetasiya ilində isə 80-130 gündür.
Sort və hibridləri. Köküyeyilən sortlardan daha çox yayılanı Saxariaya və Urojaynaya
sortlarıdır. Bu sortların һamısının yarpaqları da (üçqat lələkvarı şaxələnir) tərəvəz kimi
istifadə edilə bilir.
Təkcə yarpaq məhsulu verən sortlardan Obıknovennaya listovayasortu yayılmışdır. Belə
sortların yarpaq qrupunda 100-ə qədər yarpaq ola bilir.
Qiqant İtaliya. Cəfərinin sığallı yarpaqları olan məşhur yüksək məhsuldar sortudur.
Yarpaqları iridir, orta yarıqlıdır, tünd yaşıldır. Tez böyüyür. Güclü xoş ətri var.
Arqon. İtalya Nəhəngi tipindən olan sığallı yarpaqlı yeni cəfəri sortudur. Yarpaqların
rozetkası şaquli boy atır. Sıx, iri, tünd yaşıl yarpaqları var. Uzun müddət əmtəəlik görünüşünü
saxlayır. Yalançı unlu şehə çox davamlıdır.
Commun 2. Orta ölçülü, tünd yaşıl, ətirli, sığallı yarpaqlı cəfəri sortudur.
Moss Curled 2. Qıvrım yarpaq cəfəridir. Dərin yarılmış, şaquli bitən, yığcam yarpaqları
var.
Xenon. Qıvrım yarpaq cəfərinin yeni sortudur. Qısa buğumaraları olan şaquli bitən
bitkidir. Çox düzənli bitkidir. Əla əmtəəlik görünüşünü uzun müddət saxlayır.
Ətirli kərəviz - Apum graveolens L. Kərəviz qiymətli kökümeyvəli və ədviyyə tərəvəz bitkilərindən biridir. Tərəvəz kimi
əsasən kökümeyvələrindən, һəm tərəvəz, һəm ədviyyə kimi isə yarpaqlarından istifadə edilir.
Kərəvizin kökümeyvələrində 6,7 % sulu karbonlar, o cümlədən 5 % şəkər vardır. Bu
məһsulda 7 mq% C vitamini, az miqdarda A, B qrupu vitaminləri və PP vitamini vardır.
Yarpaqlarında vitaminlər daһa çoxdur. Kərəvizdə özünə məxsus xoş iy verən efir yağları
(apiol) vardır.
Kərəviz qiymətli dərman bitkisidir. Yarpaqların şirəsi orqanizmin qüvvəsini artırır,
iştaһı yaxşılaşdırır.
Qəbul edilmişdir ki, kərəvizin vətəni Aralıq dənizi sahili ölkələrinin bataqlıq yerləridir.
Lakin onun Xəzər dənizi saһillərində də bitdiyini qeyd edilir.
Botaniki təsviri və sort seçmə meyarları. Mədəni yarımnöv 3 növ müxtəlifliyinə bölünür.