Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
47
məhsul çıxışı yüksəkdir.
Selbanç F1 -
Orta ölçülü, tünd yaşıl və çox oxşar yarpaqları olan bitkidir.
Koriandr Marino -
Nazik gövdələri , yarpaqlarının kənarı dərin iri yarılmış diş-diş olan
koriandrdır. Saplaqlamağa nisbi davamlıdır, yüksək temperaturda becərilə bilər.
1.6. Ədviyyat, bitki çayları və dərman bitkilərinin mühüm növ və sortları
Azərbaycanda becərilən ətirli ədviyyat bitkilərindən zəfəran, sarıçiçək, sabahgülü,
soğan, sarımsaq, qırmızı istiot, ağ və qara xardal, nanə, yarpız, cəfəri, şüyüd, tərxun, kərəviz,
ispanaq, reyhan, cirə, keşniş, razyana və başqaları daha çox iqtisadi və müalicəvi əhəmiyyət
kəsb edir. Bu bitkilər xüsusi təsərrüfatlarda becərilir və müxtəlif məqsədlər üçün istifadə
edilir.
Yeyinti sənayesinin müxtəlif sahələrində emalından asılı olaraq ətirli ədviyyat
bitkilərindən təzə, qurudulub üyüdülmüş, konservatlaşdırılmış halda istifadə olunur.
Ədviyyat bitkilərinin təsnifatı:
Dostları ilə paylaş: