Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 43
vardır. Meyvəsi uzunsov silindir formalı, iki toxumludur. 14 mm-ə qədər uzunluqda olur.
Yetişmə zamanı toxumlar tökülür.
Şəkil 1.30. Razyana bitkisinin yarpaq qrupu Bioloji xüsusiyyətləri. Razyana istiliksevən bitkidir. Onun toxumları 6-80C-də
cücərməyə başlayır. Toxumların cücərməsi üçün optimal temperatur 20 0C-dir. Cənub və
qərb rayonlarında qışı yaxşı keçirir. Vegetasiya müddətində temperatur cəmi 2500 0C- dən
artıq olmalıdır. Çiçəkləmə və yetişmə dövründə istiliyə xüsusilə tələbkarlıq göstərir.
Razyana işıq və nəmlik sevən bitkidir. Kölgəli və tutqun havada vegetasiya müddəti,
xüsusən də çiçəklənməsi və toxumun yetişməsi ləngiyir. Torpağın nəmliyinə ən çox tələbat
toxumun cücərməsi dövründə və gövdələnmənin əvvəlindən tam çiçəkləməyə qədər olan
dövrdə göstərir. Çiçəkləmə zamanı quraqlıq arzu olunmayandır.
Sort və hibridləri. Razyananın seleksiya sortu yoxdur. Səpinlərdə Çernovski sortunun
populyasiyasından istifadə edilir. “Ağcabədi” sortu ADAU-nun bağçılıq kafedrasında
(professor Ş.A.Əliyev, dosent M.M.Məmmədova tərəfindən) yerli yabanı formanın (Ağcabədi
rayonundan götürülən) çoxqat seçilməsi yolu ilə alınmış və Azərbaycan Respublikasında
rayonlaşmışdır.
Yarpaq qrupu 32-36 sm diametrinə və 30-70 sm hündürlüyə malikdir, yarpaqları 6-10
ədəd, orta irilikdə, ayası santimetrlə 16-20 x 18-20, ümumi görünüşü ürəkvari, tünd-yaşıldır,
son seqmentləri sapvaridir.
Ağcabədi. Sortun gövdəsi hündür, 176-218 sm, rəngi çal-yaşıl, kolun ümumi forması
konusvaridir. Adi razyanadır. Cücərmədən yarpaqların texniki yetişməsinə qədər 30-54 gün
tələb edir. Səbzə məhsuldarlığı 51,6-67 ton/ha, əmtəə məhsulu 46,8-63 ton/ha-dır.
Tərkibində quru maddə 12-13 %, ümumi şəkər 1,3-2,0 %, C vitamini 86-93 mq%-dir. Toxum
məhsuldarlığı 2-2,3 ton/ha-dır. 1000 toxumun kütləsi 8-12 qramdır.