İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə40/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   36   37   38   39   40   41   42   43   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Mədəni nanə - 
Mentha piperitta
 L. 
Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş ətirli 
çoxillik bitkidir. Nanə gözəl qoxusu və fərqli dadla salat və yeməklərdə ləzzət qatmaq üçün 
quru və da təzə halda istifadə edilir. Nanədən əldə edilən nanə yağı müxtəlif məqsədlərlə 
istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı sakitlik verir. Soyuqdəyməni və 
ürək bulanmasını aradan qaldırır. Həzmi asanlaşdırır və bağırsağı qazlardan azad edir. 
Nanənin yabanı növünə (yarpız) Zaqafqaziyada rast gəlinir. O, əsasən mülayim iqlimli 
bölgələrdə yayılmışdır.
 
Botaniki təsviri və sort seçmə meyarları.
Nanənin təsvirini ilk dəfə 1753-cü ildə Karll 
Linney vermişdir. Yerüstü gövdəsi düz duran, az budaqlanan olmaqla hündürlüyü 30-90 sm-ə 
çatır.
 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
40 
Yarpaqları saplaqlı, ayası yumurtavarı-lanset 
formalı olmaq-la uzunluğu 4-9 sm, eni isə 1,5-4 
sm-dir (Şəkil 1.24). Yarpaq aya-sının rəngi tünd 
yaşıl, yaşıl, damarlarının rəngi isə qırmızımtıldır. 
Gövdə və budaqcıqların uclarında sünbülvarı çiçək 
qrupu əmələ gətirir. Çiçəkləri çəhrayı və yasəməni 
rəngli olur (Şəkil 1.25). Toxumları xırda və 
qəhvəyirənglidir, cücərmə qabiliyyətini 3 ilə kimi 
saxlayır. Nanə bir evli, çiçəkləri iki cinsli, öz-özünü 
tozlandırandır.
Kökümsov gövdələrindən yerüstü gövdələr 
əmələ gətirir rənglidir (Şəkil 1.26). Toxumla 
artırıldıqda sorta məxsus bitkilər vermir. Odur ki, 
vegetativ yolla-kökümsov gövdələrlə artırılması 
məsləhətdir. 
Bioloji xüsusiyyətləri. 
Nanə soyuğa davamlı 
bitkidir. Onun kökümsov gövdələri qar örtüyü az 
olan sahələrdə mənfi 20 
0
C, qar örtüyü çox (18-20 
sm) olan sahədə isə mənfi 25-30 
0
C-yə dözə bilir. 
Vegetasiyanı 5-10 
0
C istilik şəraitində davam 
etdirir, 15-20 
0
C temperatur şəraitində daha yaxşı 
zərif gövdə və yarpaqlar əmələ gətirir. 20 
0
C-dən 
yuxarı temperaturda bitkiləri kobudlaşır, acılıq 
artır və çiçəkləməyə meyl edir. İşıq intensivliyinə 
orta 
dərəcədə, 
torpaq 
rütubətliyinə 
və 
münbitliyinə tələbkar bitkidir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin