İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
42
Gəncə tərxunu.
Azərbaycanda məşhurdur. Bu sortu Gəncə ərazisində xalq yaratmışdır.
Sort üzərində (1955-1970) M.H.Əlizadə yaxşılaşdırma işi apararaq onu Gəncə və Gəncə
ətrafındakı həvəskar dirrik-çilər arasında yaymışdır. Gəncə tərxununun
təzə halda yeyilən
cavan zoğları olduqca zərif, şirəli, ətirli, xoşagələn tamlı (dadlı), yarpaqları və zoğları
bozumtul-tünd-yaşıl rənglidir. Tərkibində quru maddə 18-20 %-ə, efir yağı 0,7-0,8 %-ə və
ümumi şəkəri 0,8 %-ə çatır. Yığcam
kolu olub, hündürlüyü 100-120 sm-ə çatır, çiçəkləyir,
seyrək hallarda toxum yetişdirə bilir. Əkildiyi ildən sonra ikinci ildən altıncı ilədək yüksək və
keyfiyyətli məhsul verir. Eyni sahədə 10-15 ilədək yaşayır. Hər vegtasiya dövründə 6-8 dəfə
məhsulu toplanır və orta hesabla hektardan məhsuldarlığı 180-250 sentnerə çatır.
Gəncə-
Qazax bölgəsində açıq sahələrdə martın əvvəlindən iyun ayınadək keyfiyyətli məhsul
yetişdirir. İyun ayından sonra zoğları nazikləşir, qabalaşır, yarpaqları xırdalaşır.
Sentyabr,
oktyabr aylarında kök boğazından yeməli pöhrə verir.
Dostları ilə paylaş: