Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
41
Botaniki təsviri və sort seçmə meyarları.
Yerüstü
hissəsi
kolşəkillidir,
düz
qalxan
gövdəsinin hündürlüyü 0,8 metrdən 1,5 metrə
qədər olur, zoğları yaşıl və qırmızımtıl-yaşıldır.
Kök sistemi kökümsov gövdədən və saçaqlı
köklərdən ibarət olmaqla, torpağın 30-40 sm
dərinliyində
yerləşir.
Kök-boğazında
boy
tumurcuqları olur.
Yarpaqları
ensiz,
xətvarı-lansetvarı,
damarlıdır (Şəkil 1.27). Çiçəkləri xırda, sarımtıl
rəngli olub, budaqların uclarındakı səbətcikdə
yerləşirlər (Şəkil 1.28). Toxumları çox xırda və
qara rənglidir. Tərxunun becərilən növ və
sortlarının çoxu toxum yetişdirə bilmir. Toxum
yetişdirənlər isə çox xırda, cücərmə enerjisi və
cücərmə qabiliyyəti zəif olan toxum verirlər. Ona
görə
tərxunu
əsasən
vegetativ
hissələri
(kökümsov gövdələr, bölünmüş kol hissələri və
çiliklərlə) ilə çoxaldırlar.
Dostları ilə paylaş: