İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə30/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   26   27   28   29   30   31   32   33   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
32 
Səpin kişnişi - 
Coriandrum sativum
 
Keşniş birillik ədviyyat, bitki çayları və 
dərman bitkiləri qrupuna aid olub, əhalinin 
gündəlik qidalanmasında vacib əhəmiyyət kəsb 
edir. Bu bitki demək olar ki, respublikanın bütün 
bölgələrinin həyətyanı sahələrində həvəslə 
becərilir. Bitki tezyetişən olduğundan (30-40 günə 
yeyilməyə yararlı olur) onları sıxlaşdırıcı bitki 
kimi də becərmək olar. 
Əsasən iki növü adi keşniş və çöl (dağ) 
kişnişi, Azərbaycanda becərilir. 
Keşniş bitkisinin tərkibində insan orqanizmi 
üçün faydalı olan bir sıra vitaminlər və mineral 
birləşmələr vardır. Yarpaqlarında C vitamini 67 
mq, A provitamini 10 mq-dək, rutin 145 mq, B
1
və 
B
2
vitaminləri, yaşıl hissələrdə və toxumunda isə 2 
%-dək efir yağları vardır.
 
Keşnişin vətəni Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycandır. 
Botaniki təsviri və sort seçmə meyarları.
Keşniş bitkisi mil kök sisteminə malikdir, torpağın 
dərininə işləyir rəngi ağdır. Çoxlu saçaqlı köklər 
əmələ gətirir ki, bitkinin qidalanması asanlaşır.
Formalarına görə sıx çətirli, orta çətirli, 
seyrək çətirli, kolu yığcam, dağınıq, sərilən, 
toxumu asan və çətin tökülən olur. Keşniş bitkisi 
birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş 
yarpaq qrupları əmələ gətirir. Yarpaq qrupu 5-20 
yarpaqdan ibarətdir. Tez yetişən sortları zəif, gec 
yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. 
Yarpağın rəngi açıq yaşıl, bənövşəyi yaşıl, parlaq, 
tüksüz, tam kənarlı və üç pəncəlidir (Şəkil 1.13). 
Gövdənin aşağısındakı yarpaqların ayası ikiqat 
lələkvari, orta və yuxarı hissəciklər xətvari 
bölgülüdür.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin