Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 29
Kök pöhrəsi ilə çoxaltma. Ana bitkinin
kökləri üzərində vegetativ tumurcuqlar oyanıb
zoğ - pöhrə əmələ gətirir. Hər pöhrənin ana
bitkinin kökünə birləşdiyi yerdə kök yerləşir.
Payızda ana bitkinin ətrafını qazıb kök pöhrələrini
ana bitkidən ayırırlar (Şəkil 1.10).
Kolların bölünməsi ilə çoxaltma. Adətən
kök pöhrəsi əmələ gətirən bitkiləri kolların
bölünməsi yolu ilə də çoxaldırlar (Şəkil 1.11).
Şəkil 1.10. Kök pöhrəsi ilə çoxaltma Şəkil 1.11. Kolların bölünməsi ilə çoxaltma Sahədə aqrotexniki tədbirlərin yüksək səviyyədə tətbiqi nəticəsində ana bitki külli
miqdarda kök pöhrəsi əmələ gətirib kollanır. Payızda və ya yazda bitkini torpaqdan qazıb
çıxarırlar. Çıxarılmış bitkini silkələyərək onun köklərini torpaqdan təmizləyirlər. Sonra
pöhrəni ana bitkidən ehtiyatla ayırırlar. Nəticədə bir ana bitkidən kökü və yerüstü hissəsi
olan çoxlu bitkilər ayrılmış olur.
1.4. Ədviyyat, bitki çayları və dərman bitkilərinin qruplaşdırılması Respublikamızın yabanı florasında 4557 növ ali bitkiyə rast gəlinir ki, bu da bütövlükdə
Qafqazın təbii florasında olan ali bitki növlərinin (6350 növ, Vojtech Holubec, Pavel Krivka,
2006) 70 %-dən çoxunu təşkil edir. Halbuki, ərazicə Azərbaycan Qafqazın təxminən 16 %-i
qədərdir. Bu zənginlik respublikanın təbii-tarixi və fiziki-coğrafi şəraitinin müxtəlifliyi ilə izah
edilir. Təxmini hesablamalara görə Azərbaycanda təbii bitən çiçəkli bitkilərin 1500 növündən
çoxu xalq təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilər. Başlıca məqsəd bu zəngin
təbii sərvətdən səmərəli istifadə etmək və onu mühafizə edib, gələcək nəsillərə saxlamaqdan
ibarətdir.
Floramızın tərkibində bioloji fəal maddələrlə zəngin yabanı tərəvəz bitkiləri olduqca
çoxdur. Tərəvəzlər kompleks göstəricilərinə görə vegetativ və generativ tərəvəzlərə
ayrılmaqla təsnif edilirlər. Vegetativ tərəvəzlərin yeyilən hissəsi bitkinin müxtəlif vegetativ
orqanlarıdır, yəni kökü, zoğu, yarpağı və saplağıdır. Vegetativ tərəvəzlər 7 yarımqrupa