İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə24/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   20   21   22   23   24   25   26   27   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
26 
Darçının tərkibində 1,5 % efir yağı vardır. Əsasını darçın aldehidi (65-70 %) təşkil edir. 
Bundan başqa darçının tərkibində evgenol, benzaldehid, simol, hidrodarçın və kumin 
aldehidi, fellandren, kamfen, kariofillen vardır. 
Zəncəfil kəskin xoş ətrə və yandırıcı tama malikdir. Tərkibində 1,5-3,5 % efir yağı vardır. 
Əsasını hinqerol
 
(C
17
H
26
O
4
), sinqeberen (C
15
H
24
), kamfen, fellandren və sinqiberol spirti təşkil 
edir. 
Zəncəfil bədənə istilik gətirir, quruducu xassəyə malikdir, həzmə kömək edir, köpün 
qarşısını alır, qaraciyər və mədənin fəaliyyətini yaxşılaşdırır, möhkəmlədir. Soyuqdəymə, iflic 
və sarılıq zamanı zəncəfil işlətmək profilaktik əhəmiyyətə malikdir. Yarıbişmiş yumurta 
sarısını zəncəfillə yemək adamı gümrahlaşdırır (qulancar və püstə ilə yemək daha faydalıdır). 
Ədviyyələrin orqanizm üçün böyük fizioloji əhəmiyyəti vardır. Mixək və darçın qidanın 
tam mənimsənilməsinə kömək edir. Muskat cevizi fitonsid xassəyə malikdir və ona görə də 
mikroorqanizmlərin həyat fəaliyyətini dayandırır və ya da tamamilə məhv edir. 
Sənayedə işlədilən və ticarət şəbəkəsində satılan ədviyyələrin çoxu qurudulmuş halda 
olur. Lakin bəzi ətirli-ədviyyə bitkilərini təzə halda istifadə etmək daha əlverişlidir. Çünki 
həmin bitkilərin tərkibində efir yağı ilə yanaşı müxtəlif vitaminlər və bioloji fəal maddələr də 
vardır ki, bu da qidanın vitaminlə zənginləşməsinə səbəb olur. Bunlara ətirli təzə göyərtilər - 
cəfəri, kərəviz, şüyüd, reyhan, tərxun, nanə, yarpız, dağ keşnişi və sairə aiddir (Cədvəl 1.1). 
Ədviyyələrin adı 
Efir 
yağı 
Azotlu 
maddələr 
Yağ 
Nişasta 
Şəkər 
Sellüloza 
Azotsuz 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin