İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə21/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   17   18   19   20   21   22   23   24   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
 
Şəkil 1.8. Qurudulmuş tərəvəz toz halında
 
Cəfəri və kərəviz ətirli bitkilər olub xörəyin dad keyfiyyətini yüksəldir, iştahı artırır. 
Onlardan konserv və tərəvəz qurutma sənayesində, aşbazçılıqda istifadə edilirlər (Şəkil 1.6). 
Cəfəriyə ətir verən cəfəri efir yağıdır, bu kökündə 0,03 %, yarpağında 0,3-0,4 %, toxumunda 5 
%-dir. Cəfərinin kökü və yarpağını şorbalara, yarpaqlarını isə salata və ətli xörəklərə tökürlər. 
Ondan tərəvəz və ət konservlərində də istifadə edirlər.
 
 
1.3. Ədviyyat, bitki çayları və dərman bitkilərinin kimyəvi tərkibi və çoxalma növləri 
Ədviyyat bitkiləri özünün kök, göydə, yarpaq, çiçək, qabıq, toxum və sairə hissələrinin 
xoş ədviyyat xüsusiyyətlərinə malik olması ilə seçilir. Bunların əksəriyyəti vitamin və bioloji-
aktiv maddələrlə çox zəngindir. Onların tərkibində olan üzvi turşular, vitaminlər, pektin 
maddələri və qələvi xassəli mineral maddələr, fermentlər, enzimlər, xüsusi tamlı, ətirli 
maddələr, A, B, Bı, D, PP, E, C və digər vitaminlər orqanizmdə maddələr mübadiləsini 
tənzimləyir və müxtəlif sistemlərin fəaliyyətini yaxşılaşdırır. Ədviyyat bitkilərinin tərkibində 
olan acımtıl qlükozidlər, pektin, jelatin, piqmentlər, aşı maddələri, yağlar, efır və sairə 
radiasiyaya məruz qalmış xəstələrin müalicəsinə müsbət təsir göstərir. Ədviyyat məhsulları 
dad və tam etibarilə acımtıl, acımtıl-şirin, turşməzə, şorməzə, xoş ətirli olduqlarından 
onlardan geniş istifadə olunur. Ədviyyat bitkiləri əsasən kərəviz, dalamaz, kələm, astra və 
yolotu fəsilələrinə daxildir. Ədviyyat bitkilərinin əksəriyyətinə yabanı halda rast gəlinir, 
bəziləri (tərxun, zirə, cirə, zəfəran, qızılgül, sarımsaq, dəfnə, nanə, yarpız, xardal, ətirşah, 
reyhan, sarıçiçək və sairə) isə sənaye əhəmiyyətinə malik olduğundan mədəni halda becərilir. 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin