İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 1.7. Bitkilərin bəzilərinin ədviyyə



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə19/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   15   16   17   18   19   20   21   22   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.7. Bitkilərin bəzilərinin ədviyyə 
bitkiləri olduğu güman edilən qədim dövrə 
aid rəsm 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
22 
İnsanlar çox qədim dövrlərdən, yəni Paleolit erasından başlayaraq ədviyyat və 
qatqılardan istifadə etməyə başlamışlar. Ədviyyat və qatqılar nəinki xörəklərin tərkibini 
yaxşılaşdırır, həmçinin onlara müxtəlif keyfiyyətini yaxşılaşdırmaqla, müalicəvi təsirə malik 
“eliksirə” çevirir. Bu qiymətli qatqılardan düzgün və səmərəli istifadə etmək üçün insanlara 
onların kimyəvi tərkiblərini və düzgün istifadə olunma xüsusiyyətlərini bilmək tələb olunur. 
Qədim dövrlərdə ədviyyat və qatqıların kimyəvi tərkibi öyrənilmədiyinə görə onları 
orqanoleptik (tam və dadlarına) xüsusiyyətlərinə görə təsnifatlaşdırırdılar. Belə ki, Qədim 
Yunanıstanda ədviyyatları “xoşətirli otlar”, Romada isə “acı, kəskin və xoş iyli” bitkilər 
adlandırırdılar. Bu və ya digər ədviyyat bitkilərinə verilən qiymət onların xoş tama malik 
keyfiyyətləri ilə xarakterizə olunurdu. Orta əsrlərdə ədviyyata olan tələbat getdikcə artaraq, 
bütün Avropa dövlətlərini əhatə etmişdir. Avropa xalqları ədviyyat bitkilərini ümumi adla 

Specilis
” adlandıraraq, ona hörmətlə yanaşır və keyfiyyətlərinə görə yüksək 
qiymətləndirirlər. Lakin ədviyyatların bu adla adlandırılması onların əsas xüsusiyyətlərini 
müəyyən etməkdə çətinliklər törədirdi. Bu ad ancaq onların yüksək xassəyə malik olmalarını 
müəyyən edirdi. Orta əsrlərdə ədviyyat sözünün latınca “
Species
” adlandırılması Qərbi və 
Cənubi Avropa xalqlarına məxsus milli adlarla adlandırılmasına zəmin yaratdı. Bu adlar 
arasında bir neçə fərqin olmasına baxmayaraq, onların xoş ətirli, kəskin tamlı və acımtıl 
xüsusiyyətlərinə görə dünya xalqları meyvə, çiçək, yarpaq, kök, kökümsovlarından hazırlanan 
tozlara görə ad verdilər. 
Rusiyada ilk dəfə ədviyyat kimi istiotdan (bibərdən) istifadə olunmuşdur. Rusiyada 
ədviyyat «pryanik», «şirin qoğal» sözlərindən yaranmağa başlamışdır. Bu dövrlərdə pryanik 
üçün hazırlanan xəmirin tərkibində 7-8 növ ədviyyat qatılırdı. Hər bir ədviyyata verilən ad 
onun tərkibinə daxil olan maddələrin hansı xüsusiyyətlərə malik olmasına və hansı xalq 
tərəfindən birinci dəfə istifadə olunduğu əsas götürülərək verilirdi.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin