İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
16
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin bazarda satılan mühüm növ və sortlarını
tanımadan, onların seçilməsinin əsas meyarlarını, bioloji-təsərrüfat xüsusiyyətlərini, bazar
və yararlılıq
dəyərini, tərkib hissələrini, çoxalmasını və satış kanallarını bilməyəcəksiniz.
Tədris nəticəsinin təsviri:
Bu təlim elementini öyrəndikdən sonra siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
Ədviyyat, bitki çayları və dərman bitkilərini tanıyacaqsınız;
Sortları seçməyin əsas meyarlarını biləcəksiniz;
Ədviyyat, bitki çayları və dərman bitkilərinin bazarda satılan
mühüm növ və
sortlarını seçə biləcəksiniz;
Sortların bioloji
- təsərrüfat xüsusiyyətlərini, bazar və yararlılıq dəyərini,
tərkib
hissələrini, çoxalmasını və satış kanallarını biləcəksiniz.
Məqsəd:
Bazarda satıla
bilən mühüm ədviyyat, bitki çayları və dərman bitkilərini tanımaq,
həmçinin sortların seçilməsinin əsas aspektlərini bilmək.
Oxumadan öncə araşdır:
Ədviyyat, bitki çayları və dərman bitkilərini digər bitki qruplarından
fərqləndirərkən nələrə diqqət edilməlidir?