İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 24
Bunların əksəriyyəti aşpazlıqda, əczaçılıqda, ətriyyat-kosmetikada, sabun bişirmədə geniş
istifadə olunur. Bu bir həqiqətdir ki, təbiət gözəl bir əczaxanadır. Burada insanın sağlamlığı və
xəstəliyinin müalicəsi üçün istənilən qida, dərman maddələrini tapmaq olar.
Ətirli-ədviyyat bitkilərindən təbabətdə, yeyinti sənayesinin müxtəlif sahələrində,
texnikada, ətriyyat-kosmetika sənayesində istifadə olunur. Ətirli-ədviyyat bitkilərinin
tərkibində efir yağları, qlükozidlər, alkaloidlər, boya maddələri, fitonsidlər və sairə maddələr
vardır.
Dünyada 120 növdən çox ətirli-ədviyyat bitkisindən efir yağı alınır. MDB-də 40 növə
qədər ətirli-ədviyyat bitkisindən efir yağı istehsal edilir. Bir neçə növ efir yağının istehsalına
görə MDB ölkələri dünyada qabaqcıl yerlərdən birini tutur. Məsələn, dünyada istehsal olunan
keşniş yağının 90 %-i, adaçayı yağının 70-75 %-i, qızılgül yağının 60 %-i bu bölgənin payına
düşür.
İstehsal olunan efir yağının 90 %-i ətriyyat-kosmetika sənayesində istifadə edilir. Cirə,
keşniş, ətirşah, lavanda, nanə, qızılgül və başqa efır yağlarından həm də ətirli maddələr
(linalool, geraniol, sitrol və sairə) alınmasında istifadə edilir.
Ətirli-ədviyyat bitkilərindən qurudulmuş halda ət və balıq sənayesində, çörək-bulka və
qənnadı sənayesində, konserv sənayesində, likör-araq və şərab sənayesində və eləcə də
kulinariyada istifadə olunur.
Qeyd etmək lazımdır ki, ölkəmizdə konserv və yeyinti sənayesi ildə 800 tondan çox
ədviyyat məhsulundan istifadə edir. Bunun 20 %-i vətənimizdə bitən, 80 %-i isə xaricdən
gətirilən ədviyyatın hesabına ödənilir. Əhalinin qidasında istifadə olunan ətirli-ədviyyə
bitkilərinin əsasını xaricdən alınan ədviyyə təşkil edir. Yeyinti sənayesi işçiləri xaricdən
alınan ədviyyələri yaxşı tanıdıqları halda, yerli ətirli-ədviyyə bitkiləri haqqında məlumatları
çox azdır. Lakin yerli ətirli-ədviyyə bitkilərinin öyrənilməsi, onların yeyinti məhsulları
istehsalında tətbiqi və xaricdən alınan ədviyyənin əvəzedicisi kimi istifadə olunması böyük
iqtisadi səmərə verə bilər.
Ədviyyələrin dəyəri onların tərkibində olan efır yağlarının, qlükozidlərin və
alkaloidlərin miqdarı ilə müəyyən olunur. Yeyinti məhsullarının emalı zamanı onlara lazımi
miqdarda ədviyyə əlavə etdikdə, həmin məhsulların dadı və ətri yaxşılaşır. Bu, iştahanın
artmasına, sinir sisteminin qıcıqlanmasına, şirə ifraz edən mədə və bağırsaq vəzilərinin
fəaliyyətinin artmasına səbəb olur. Bundan başqa, yeyinti məhsullarının tərkibinə qatılmış
ədviyyə və tamlı qatqılar onların yaxşı saxlanılmasına da müsbət təsir göstərir. Qidaya qatılan
ədviyyə xoş ətri və dadı ilə iştahanı artırır, orqanizmə qəbul olunan qidanın yaxşı həzm
olunmasını və tez mənimsənilməsini təmin edir.
Bəzi ətirli-ədviyyə bitkiləri vitaminlə zəngindir. Qırmızı istiotun tərkibində 9-12 mq%
provitamin A (karotin) və 380 mq%-ə qədər C vitamini vardır. Qıtıqotunun tərkibində 100-
250 mq% C vitamini vardır. Bir çox ədviyyələr fitonsid xassəyə malik olmaqla antiseptik
maddə adlanırlar, çünki onların qidada olması mikroorqanizmlərin həyat fəaliyyətini
dayandırır və ya tamamilə məhv edir. Zirə, cirə və şüyüd qidanın həzmində zərərli
qıcıqlanmaların qarşısını alır. Lakin ədviyyənin normadan artıq işlədilməsi orqanizm üçün
zərərlidir. Çünki onların tərkibində qüvvətli təsir qabiliyyətinə malik qlükozidlər və