Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
23
Ədviyyat, bitki çayları və dərman bitkiləri öz istifadəsinə görə 2 qrupa bölünür:
Çiy
halda istifadə edilənlər -
çiy halda yeyilən şüyüd, keşniş, reyhan, mərzə, çöl
keşnişi, təpə keşnişi (bifora)
və sairə;
Onların hər birindən bir çox isti xörəklərin hazırlanmasında istifadə olunur və müxtəlif
üsulla emal edilir.
Emal edilmişlər
-
təzə halda bişirilən, isti xörəklərə tökülən və konservləşdirilən
ispanaq, yabanı ispanaq, cincilim, qızıl pencər (bozala, amarant), unluca və sairə.
Bu bitkilərin bir qrupu xoş
ətirli olub ədviyyə-xörəklərə, salata və konservlərə ətir
verən, dad verən kimi istifadə edilirlər: reyhan, mərzə, cirə, çöl keşnişi, təpə keşnişi və sairə.
Bəzi ədviyyat, bitki çayları və dərman bitkiləri qurudulub qışa saxlanır ki, xörək üçün
istifadə edilsin. Qurudulub saxlanan tərəvəz bitkiləri - nanə, mərzə, reyhan, şüyüd və sairədir
(Şəkil 1.8.).
Əhalini ilboyu müxtəlif halda ədviyyat, bitki
çayları və dərman
bitkiləri təmin etmək üçün
ondan konserv sənayesində istifadə edilir. Hər
tərəvəz bitkisindən bir neçə növ konserv
məmulatı
hazırlandığından,
onlar
konserv
sənayesi üçün əsas xammal hesab olunur.
Cəfəri,
kərəviz, һavucda özünə məxsus ətri olan efir yağı
vardır. Ona görə bunlar xörəklərə və duza qoyulan
tərəvəzə ədviyyə kimi də qatılır.
Dostları ilə paylaş: