İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə26/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   22   23   24   25   26   27   28   29   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
28 
 
Ədviyyat, bitki çayları və dərman bitkilərini bioloji xüsusiyyətlərindən asılı olaraq 
vegetativ hissələrlə - soğanaq, kökümsov gövdə, kök pöhrəsi, kolların bölünməsi, basma və 
çiliklə çoxaldırlar. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin vegetativ üsulla artırılmasında istifadə 
olunan əkin materialları aşağıdakı kimi qruplaşdırılır: 

Kökümsov gövdə, köklər (bölünməsi) → Çoxillik xardal, qulançar, tərxun, nanə 

Kök pöhrələri → nanə 

Basma → tərxun,

Kolların bölünməsi → nanə, tərxun, əvəlik, quzuqulağı, razyana 

Çiliklə → tərxun, nanə. 
Vegetativ çoxaltmanın əsas xüsusiyyətləri aşağıdakılardır: 

Vegetativ hissə mərhələ etibarilə yetkin orqanizmdən törədiyindən ana bitkinin irsi 
əlamətlərini qoruyub saxlayır; 

Məhsula tez düşür; 

Hektara əkin materialı çox sərf edilir; 

İqlimin dəyişən təsirinə uyğunlaşa bilmir, toxmacara nisbətən ömrü gödək olur;

Əkin materialını saхlamaq və daşımaq çoх baha başa gəlir.
Bütün qeyd edilənlərə baхmayaraq təsərrüfatda əksər ədviyyat, bitki çayları və dərman 
bitkilərini generativ, tərxun, nanə, əvəlik kimi bitkiləri isə vegetativ üsulla artırmaq qəbul 
edilmişdir.
 
Basma.
Ana 
bitkidən 
ayrılmadan 
kökləndirilən bitkiyə basma deyilir. Basma eləcə 
də, ana bitkinin zoğunu bitkidən ayırmadan kök 
əməl gətirmək üçün torpaqla ünsiyyətə gətirilərək 
kökləndirilməsidir (Şəkil 1.9). 
 
Şəkil 1.9. Basma ilə çoxaltma
 
Generativ artırmada 2 becərmə üsulu 
tətbiq edilir: 
Toхumların birbaşa əkin sahəsinə 
səpilməsi 
Toхumun səpilib şitil alınması və 
şitilin əkilib məhsul götürülməsi, yəni 
şitil üsulu 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin