Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
141
4.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin suya olan tələbatı, suvarma rejimi
və suyun keyfiyyəti
Su bitki üçün lazım olan vacib həyat amillərindən biridir. Toxumun cücərməsindən
başlayaraq vegetasiyanın sonuna qədər bitkilər sudan istifadə edirlər. Çünki, bitki
orqanizmdə gedən bütün fermentativ proseslər yalnız müəyyən bir nəmlikdə baş verə bilər.
Bu nəmliyi atmosfer çöküntüləri (yağış, qar) və suvarma ilə əldə etmək olar. Suvarmanın
düzgün təşkili və tətbiqinin 3 əsas şərti var:
Bitkilər torpaqda suyun həm çatışmazlığına, həm də onun artıqlığına həssasdır.
Nəmliyin çatışmazlığı zamanı hüceyrələrin elastikliyi itirilir və ağızcıqlar
vasitəsilə karbon
qazının udulması zəifləyir. Bunun da nəticəsində kökümeyvəlilər kobudlaşır, məhsuldar
hissələr kiçildiyindən, məhsuldarlıq kəskin azalır. Adi və ətirli yarpaqlı ədviyyat, bitki çayları
və dərman bitkilərində yarpaqlar codlaşır, efir yağının artması nəticəsində iy kəskinləşir
və acı dad əmələ gəlir.
Nəmliyin artıqlığı zamanı isə bitkidə oksigen mübadiləsi pozulur, kök
sistemi normal inkişaf etmir. Bitkilər göbələk xəstəliklərinə tutulur,
məhsulu sulu, pis
saxlanan, dadsız olur. Ona görə də, hər bir ədviyyat, bitki çayları
və dərman bitkisindən
kifayət qədər yüksək və keyfiyyətli məhsul almaq üçün onları öz inkişaf fazaları üzrə tələb
etdiyi normada su ilə təmin etmək lazımdır. Xüsusilə, şitil əkilməsi və pikirovka (cücərtilərin
köçürülməsi) zamanı hökmən bitki suvarılmalıdır.
Suya tələbkarlıq dedikdə bitkinin torpaqda suyun optimal miqdarına və onun içərisində
qida maddələrinin olmasına münasibəti başa düşülür.
Bitkinin su rejimini düzgün başa düşmək üçün onun kök və yerüstü sistemləri, yəni su
alan və sərf edən hissələrin xarakterini, bunların əmələgəlmə və
inkişaf tarixini diqqətlə
öyrənmək lazımdır. Kəvərin lentvarı, cəfəri, şüyüdün çox şaxələnən yarpaqları onların
kontinental iqlim bitkisi olduğunu sübut edir, lakin tək bu əlamət kifayət deyildir. Belə ki,
bostan bitkilərinin çox iri yarpaq kütləsinə malik olmasına baxmayaraq onlar havanın və
torpağın quraqlığına yaxşı dozür, hətta o şəraiti tələb edir. Bu da onların nəhəng kök
sisteminə malik olması ilə izah edilir. Ümumiyyətlə, bitkilərin kök sisteminin xarakteri onun
Müasirlik
Muasir suvarma
sistemi
Müntəzəmlik
Suvarmanın
vaxtında tətbiqi
Norma
Hər bir bitki
üçün suvarma
normalarına
düzgün əməl
edilməsi
Suvarmada əsas məqsəd
Yerli torpaq-iqlimi
şəraitindən və bitkilərin
bioloji xüsusiyyətlərindən asılı olaraq onların
suya olan tələbatını ödəməkdir.