Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 143
Suvarmadan sonrakı səpin,
arata səpin adlanır;
Şitil və ya vegetativ hissələr əkildikdə aparılan suvarmaya
əkin suyu deyilir;
Səpindən sonra aparılan suvarma
səp-suvar adlanır;
Səpindən, yaxud əkindən bir neçə gün sonra başlanıb, vəziyyətdən asılı olaraq hər 5-
10, bəzən 15-20 gündən bir təkrar aparılan suvarmaya
vegetasiya suyu deyilir.
Suvarmaya sərf olunan suyun əsas hissəsi buna aiddir;
Sərinləşdirmə məqsədilə vegetasiya suyu arasındakı vaxtda quru, isti havada az su
norması ilə (30-100 m
3
/ha) yağış yağdırma üsulu ilə verilən su
sərinləşdirici su adlanır. Bu zamanlar yarpaqlar sərinləşir, torpaqdan bitki ona vacib olan elementləri
normal alır, havanın nisbi rütubəti artır.
Bitkinin vəziyyətlərindən, onun növündən, inkişaf fazasından asılı olaraq suvarmanın
vaxtını və verilən suyun normasını müəyyən edirlər.
Payız, qış qabağı və erkən yaz əkinləri təbii rütubətin çox, buxarlanmanın isə az olduğu
müddətdə soyuğa davamlı bitkilərin kütləvi tez cücərməsinə və həmin rütubət hesabına xeyli
böyüməsinə şərait yaradır. Bu halda alaqlarla mübarizə də xeyli asanlaşır, lakin rütubət
rejimi, süni suvarma yolu ilə nizamlanır. Çoxillik ədviyyat, bitki çayları və dərman
bitkilərinin (tərxun, nanə) sahələri dekabr-yanvar aylarında hektara 700-1000 m
3
su
verilməklə qış aratına buraxılmalıdır.
Yarpağından, gövdəsindən və kökündən istifadə edilən ədviyyat, bitki çayları və
dərman bitkiləri nisbi sükunət dövründə temperatura, rütubətə, işığa, habelə qidaya tələbkar
olmur, əksinə soyuğa, istiyə, quraqlığa, kölgəyə, davamlı olur, yaşıl bitki halında isə işığa,
suya, qidaya, istiliyə tələbkardır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin suvarılmasında
vaxtın düzgün seçilməsinə və bol suvarmaya riayət etmək lazımdır. Əks halda istədiyimiz
keyfiyyətli və yüksək məhsuldarlığı əldə edə bilmərik. Ümumiyyətlə, kökündən istifadə edilən
ədviyyat, bitki çayları və dərman bitkiləri üçün torpağın optimal tarla rütubət tutumu 70-75
% qəbul edilib.
Toxum səpiləndən sonra və bitkilərin ilk inkişaf fazalarında hər hektara az norma ilə
tez-tez su vermək lazımdır. Bitkilər böyüdükcə suvarma müddəti uzadılır (10-12 gündən bir),
hər hektara su norması artırılır. Kökünün intensiv formalaşdığı dövürdə suvarma 7-10
gündən bir, isti yay günlərində isə 3-4 gündən bir həyata keçirilir. Kökmeyvəsinin yetişdiyi
dövrdə suvarma arası müddət 12-15 gün olur.
Torpaqda nəmlik az olduqda kərəvizin kök forması torpaqda yüksək nəmlik tələb etdiyi
üçün 2-3 gündən bir, isti yay günlərində hər gün suvarma tələb edir.
Müxtəlif bitkilərinin suvarılmasının vaxtını müəyyən etmək üçün torpağın 10-15
santimetrlik üst qatının quruma dərəcəsi nəzərə alınmalıdır.
Torpaqları sukeçirməsinə görə
isə üç qrupa bölmək olar: