İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 150
Təsərrüfatda müxtəlif suvarma üsulları
tətbiq edilirsə, onlar arasında fərqi və
müsbət-mənfi cəhətləri araşdırın.
Torpağın tarla rütubət tutumundan və
suvarma qabağı nəmliyindən asılı olaraq
təsərrüfatda becərilən ədviyyat, bitki
çayları və dərman bitkilərini suvarma
vaxtını müəyyənləşdirin.
4.
Təsərrüfatda becərilən ədviyyat, bitki
çayları və dərman bitkiləri sahəsində
suvarma normasının hesablanması
Suvarma vaxtını müəyyənləşdirdikdən
sonra becərilən bitki üçün çatışmayan su
normasını tapın.
Bunun üçün
V
t
= h x d x W
t
və V
s
= h x d x W
s
düsturundan istifadə edərək torpaqda olan su
ehtiyatını
hesablayın
.
Vegetasiya dövründə tətbiq edilən suvarma
saylarını dəqiqləşdirin.
İstifadə edilməli resurslar:
Qeydiyyat üçün kağız və qələm;
Su çatışmazlığının əlamətləri müşahidə olunan bitki nümunələri;
Fotoaparat;
Hеsablayıcı maşın.
Praktik tapşırıq 4.1 -in icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən bacarıqlardan
hansına sahib olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
Qiymətləndirmə ölçüsü Bəli Xeyr 1.
Ədviyyat, bitki çayları və dərman bitkiləri sahələrində suvarma
üsulları haqqında məlumat əldə etdinizmi?
2.
Becərilən ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində su
çatışmazlığı və artıqlığı əlamətləri müşahidə etdinizmi?
3.
Təsərrüfatda suvarma vaxtını müəyyən etdinizmi?
4.
Vegetasiya dövründə tətbiq edilən suvarmaların sayını
müəyyənləşdirdinizmi?
5.
Torpaqda olan su ehtiyatını hesabladınızmı?
6.
Bitki becərilən sahədə çatışmayan su normasını tapdınızmı?