Şəkil 4.1. Suvarma formaları
Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
149
Sərbəst iş üçün tapşırıqlar
1.
Vegetasiya dövründə yaşağıdınız və ya sizə yaxın ərazidə ədviyyat, bitki çayları və dərman
bitkiləri əkinlərində tətbiq edilən suvarılma üsullarını müəyyən edin və onlar arasındakı
müsbət və mənfi xüsusiyyətləri araşdırın.
2.
Səfər etdiyiniz təsərrüfatda ədviyyat, bitki çayları və dərman bitkilərinin torpağın
rütubətinə münasibətini müəyyən edin.
3.
Mövcud təsərrüfatda ədviyyat, bitki çayları və dərman bitkilərinin vegetasiya müddətində
suvarma normalarını müəyyənləşdirin.
4.
Topladığınız məlumatlar əsasında suallar hazırlayın və qrup şəkilində müzakirələr aparın.
Praktiki tapşırıqlar və fəaliyyətlər
Praktik tapşırıq 4.1.
Vegetasiya dövründə ədviyyat, bitki çayları və dərman bitkilərinin
suya təlabatının öyrənilməsi
Tapşırıq və fəaliyyətlər
Təlimat və tövsiyələr
1.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri sahəsinə səfər edilməsi
Ədviyyat, bitki çayları və dərman bitkiləri
sahəsinə səfər edin və uyğun müşahidələr
aparın.
2.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri becərilən sahədə torpaq
nəmliyinin təyini
Ədviyyat, bitki çayları və dərman bitkiləri
sahəsinin bir neçə yerindən becərilən
bitkidə su çatışmazlığı və artıqlığı əlamətini
müşahidə edin.
Torpağın əsas kök yayılan qatından torpaq
nümunəsi götürün və onun nəmliyini
yoxlayın.
Su ilə normal təmin olunmuş ədviyyat,
bitki çayları və dərman bitkiləri, su
çatışmazlığı müşahidə edilən ədviyyat,
bitki çayları və dərman bitkilərinin vizual
(baxmaqla) görünüşünü müqayisə edin.
3.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri sahəsində suvarma vaxtının
müəyyən edilməsi
Ədviyyat, bitki çayları və dərman bitkiləri
becərilən sahədə suvarma üsulunu
müəyyən edin.
|