İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 148
vermədiyinə görə torpaq qabığında çatlar
əmələ gəlmir və torpağın strukturu
dağıntıya məruz qalmır. Damcı suvarma
zamanı torpağın temperaturu digər
suvarma üsulları ilə müqayisədə həmişə
yuxarı olur, bu da bitkini don vurmadan
qoruyur və erkən məhsul yığmağa imkan
verir. Şəkildən göründüyü kimi digər
suvarma sistemlərinə nisbətən damcıvari
suvarma sistemində suvarma suyu torpağın daha dərin qatlarına işləmişdir.
Məhz bu səbəbdən də kökündən və yarpaqlarından istifadə edilən ədviyyat, bitki
çayları və dərman bitkilərinin suvarılmasında damcıvari suvarmanın tətbiqi xüsusi
əhəmiyyət kəsb edir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri içərsində yarpaqlarından istifadə edilənlər
rütubətə çox tələbkardırlar. Onlar səpilən sahənin torpağın və havanın rütubəti 70-90 %
olmalıdır. Bunun üçün tez-tez, az su norması ilə suvarılmalıdır.
Nanə, tərxun və razyana (çoxillik əviyyatlar) payızda kök sisteminin güclənməsi və toxum
verməsi üçün, erkən yazda isə zoğ verməsi üçün suvarılır. Tərxun torpaq (TRT) və havanın
nisbi rütubətliyi 50-60 % olduqda yüksək keyfiyyətli məhsul verir. Bunun üçün 7-8 dəfə
suvarma həyata keçirilir. Razyana bitkisi 5-10 dəfə suvarılır.
4.1.2. Sudan səmərəli istifadə qaydaları Su haqqında IFOAM-ın (Beynəlxalq Ekoloji
Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) əsas
standartları.
4.7. Torpağın və suyun qorunması
Torpaq
və
sudan
davamlı
istifadə
olunmalıdır.
Tövsiyələr Qurunt sularının çirklənməsinin, sudan ifrat və qeyri-düzgün istifadə olunmasının,
torpağın eroziyasının və şoranlaşmasının qarşısını almaq üçün müvafiq tədbirlər həyata
keçirilməlidir.
Standartlar 4.7.4. Su ehtiyatlarının ifrat istifadəsinə və tükənməsinə yol verilməməlidir.
4.7.5. Müvafiq orqanlar (laboratoriya) torpağın deqrodasiyasına, üst və qrunt sularının
çirklənməsinə səbəb olan əkin sıxlığına aid standartlara əməl olunmasını tələb etməlidir.
4.7.6. Torpaq və suyun şoranlaşmasının qarşısını almaq üçün müvafiq tədbirlər
görülməlidir.