İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə152/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   148   149   150   151   152   153   154   155   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
158 
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpaq məhlulunun reaksiyası neytral və 
zəif turş olduqda daha yaxşı inkişaf edir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin 
normal inkişafı üçün pH intervalı 4.5.saylı cədvəldə verilmişdir. 
Reaksiya 
PH 
Çox turş 
3-4 
Turş 
4-5 
Zəif turş 
5-6 
Neytral 

Zəif qələvi 
7-8 
Qələvi 
8-9 
Çox qələvi 
9-11 
Cədvəl 5.3. Ədviyyat, bitki çayları və dərman bitkilərinin normal inkişafı üçün pH intervalı 
Torpaqda mühitin reaksiyasını müəyyən etmək üçün sulu məhlul 
hazırlanmalıdır. Suluməhlulu hazırlamaq üçün götürülmüş torpaq 
nümunəsindən 5 qram çəkilir 150-200 qramlıq kolbaya və ya stəkana 
tökülür, üzərinə 100 ml distillə edilmiş su əlavə edilir. Məhlul alınana qədər 
çalxalanıb, sonra tam çöküntü alınana qədər gözləyirik. Məhlul nümunə 
üçün hazırdır.
İndiqatorların (lakmus kağızı, fenoftalin, metiloran) aldığı rəngdən istifadə edərək pH-ın 
intervalını müəyyən etmək olar. 
Turş Neytral Qələvi
 
Bəzi indikator bitkilər vardır ki, biz onlar vasitəsilə ərazinin torpaq mühitinin 
reaksiyaslnı (pH-ı) müəyyən edə bilərik. Çoban yastığı, yabanı nanə (Méntha arvénsis), 
quzuqulağı (Rúmex acetósa), qaragilə (Vaccínium myrtíllus) turş torpaqlarda bitən 
bitkilərdir. Bu bitkilər torpağın kəskin turş mühitinə tələbkardırlar və onlar bitən ərazilərin 
torpaqları turş torpaqlardır. Yonca və tarla bənövşəsi isə (Víola arvénsis) qələvi torpaqlarda 
bitən bitkilərdir. 
Torpaq məhlulunun yüksək turşuluğu köklərin böyüməsini pisləşdirdiyi üçün bitkilərin 
torpaqdakı və gübrədəki qida maddələrindən istifadə etməsi pisləşir. Ona görə də bitkilərdən 
yüksək və sabit məhsul almaq və verilən gübrələrin effektliyini artırmaq üçün turş torpaqlara 
əhəng verilməlidir. Əhəngin verilməsi nəticəsində torpaqdakı bakteriyaların həyat fəaliyyəti 
yüksəlir, fosfor, kalium və mikroelementlərin müxtəlif birləşmələri daha yaxşı mənimsənilən 
formaya keçir. 
Əhəng verildikdən sonra mühitdə əlverişli reaksiya birdən-birə əmələ gəlmir. Buna görə 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin