İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 5.1. Mineral gübrə nümunəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə160/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   156   157   158   159   160   161   162   163   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 5.1. Mineral gübrə nümunəsi
 
Cəfəri bitkisinə - yemləmə gübrəsini birinci seyrəltmədən dərhal sonra tətbiq etmək 
lazımdır. Bunun üçün 1 m

sahəyə 10 qram amonium şorası, 10 qram superfosfat və 30 qram 
kalium duzu tətbiq edilir. Mineral gübrəni küllə də əvəz etmək olar. 
Qeyd:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində (xüsusilə həyatyanı 
sahələrdə) yüksək dozalarda mineral gübrədən istifadə məsləhət deyil. Tam təbii və sağlam 
yetişdirilmiş göyərtiləri uzun müddət saxlamaq mümkündür. Sadəcə rəngləri saralır. Lakin 
gübrələnmiş ədviyyat, bitki çayları və dərman bitkiləri qısa müddətdə istifadə olunmazsa 
sulanmağa və pis qoxu verməyə başlayır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri ilk inkişaf 
dövründə azota, kökmeyvəsinin əmələ gəldiyi və formalaşdığı dövrdə isə kalium və fosfora 
təlabat göstərir. Həmçinin kaliumlu gübrələrin tətbiqi kökümeyvəli ədviyyat, bitki çayları və 
dərman bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. 
Kökündən istifadə edilən ədviyyat, bitki çayları 
və dərman bitkiləri əkiləcək sahəyə azotlu 
gübrələrdən natrium şorasının verilməsi daha 
səmərəlidir. Çünki, nartium ionları karbohidratların 
yarpaqlardan kökə axınına müsbət təsir göstərir və nəticədə şəkərin miqdarı artır. Azotlu 
gübrənin torpaqda artıqlığı isə kökündən istifadə edilənlərin keyfiyyətini və saxlanma 
qabiliyyətini aşağı salır və nitatların kökmeyvəsinə toplanmasına səbəb olur. Bu səbəbdən də 
gübrələrin tətbiqi yayın birinci yarısında həyata keçirilməlidir. Onu da qeyd edək ki, azotlu 
gübrələr fosforlu gübrələrlə birlikdə tətbiq edilməzsə effektiv alınmaz. 
Unutma!
Suvarılan sahələrdə və 
şoran 
torpaqlarda 
natrium 
şorasını tətbiq etmək olmaz.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin