İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
164
verir.
Dəmir (Fe) -
tənəffüs prosesində mühüm rol oynarır. Xlorofil əmələ gətirən
fermentlərin əsas tərkib hissəsini təşkil edir. Tərəvəzlərdə dəmir çatışmazlığı nəticəsində boy
maddələrinin sintezi gecikir. Bu zaman yarpaqlar açıq sarı rəngdə olur.
Mis (Cu) -
bitkidə sulu karbonların və zülalın mübadiləsini yaxşılaşdırır, tənəffüsün
intensivliyini artırır. Mis çatışmazlığı nəticəsində təzə cücərtilər məhv olur.
Manqan (Mn) -
bitkidə fotosintez, tənəffüs və nitrat azotunun mənimsənilməsini
gücləndirir.
Molibden (Mo) -
kök yumrusu bakteriyalarının fəaliyyətini və zülalın sintezini
sürətləndirir. Kəskin çatışmazlıq şəraitində bitkilərin mərkəzi yarpaqları burulur və spirala
bənzəyir.
Kalsium (Ca) -
bir çox fermentlərin aktivliyini və bitkilərin soyuğa, quraqlığa, habelə
göbələk xəstəliklərinə davamlılığını artırır.
Bir çox bitkilər vardır ki, onlar indiqator xüsusiyyətinə malikdirlər. Belə ki, gicitkən
(dalamaz forması -
Urtica dioica
), çəmən otu (
Anthríscus
), xaçgülü (
Senécio
), qatıqotu (
Gálium
aparíne
), sirkən (
Átriplex
), yandırıcı qaymaq çiçəyi (
Ranúnculus ácris
) azotla zəngin
torpaqlarda, yabanı kök (
Dáucus caróta
) və çoban yastığı (
Ánthemis
) azotla kasıb torpaqlarda
yayılıb inkişaf edirlər.
Dostları ilə paylaş: