Kalium çatışmazlığı:
Yarpaq ucları qovrulur, saralır,
saplar zəifləyir. İçərdəkilər quruyub büzüşür.
Maqneziyum çatışmazlığı
:
Yarpaqlar incə və kövrək
olurlar, uclarında və damar aralarındakı bölgədə
rənglərini itirir, açıq yaşıl rəng alırlar və yarpaq ayası
yuxarı qatlanır.
Mis çatışmazlığı
:
Bitkinin rəngi ağarır. Yarpaqlar aşağıya
doğru qatlanır (K - çatışmadıqda da).
Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
161
Dəmir çatışmazlığı
:
Yarpaqlar saralır, ancaq damarları
yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır.
Manqan çatışmazlığı
:
Yarpaqlarda ölü toxumalar
görsənir, yarpağa nahamar bir görünüş verir.
Sink çatışmazlığı
:
Yarpaqlar kiçilir, yarpaqlarda xallar
əmələ gələ bilir və yaşlı yarpaqların kənarları (qovrulur)
yanır. Tumurcuq inkişafı zəifləyir.
Kalsium çatışmazlığı:
Yarpaqlarda xloroz müşahidə
olunur., təpə tumurcuğu məhv olur və gövdənin inkişafı
dayanır. Çiçəklər tam açmamış ləçəklərini tökür.
Kükürd çatışmazlığı
:
Bitkinin alt hissəsindəki yarpaqlar
saralır, köklər və saplaqların ölçüləri kiçilir.
Bor çatışmazlığı:
Tumurcuqlar açıq yaşıl rəngdə olur.
Cavan yarpaqların kənarları qovrulur. Köklərdə tünd
ləkələr əmələ gəlir. Saplaqlar çatlayır.
Yadda saxla!
Mikroelement çatışmazlığı cavan (uc) yarpaqlarda, makroelement
çatışmazlığı isə yaşlı (aşağı) yarpaqlarda özünü büruzə verir.
|