İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə154/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   150   151   152   153   154   155   156   157   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

pH 7,5-8,5 (8,7).
Zəif qələvi mühit şəraiti. Qara torpaqlarda, karbonatlı, quru və 
yarımsəhra çöllərin avtomorf torpaqlarında müşahidə olunur. Fosfat, dəmir, sink və manqan 
çatışmazlığı qeyd oluna bilər. Fosfor, sink və mis təminatları arasında antaqonizm asan 
yaranır. Fosforun sistematik tətbiqi nəticəsində sink və mis çatışmazlığı yaranır. Bitkilərin 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
160 
xlorozu mümkündür. Torpağın yaz yetişməsi sürətlə baş verir. Mikrobioloji fəaliyyət, azotla 
qidalanma şəraiti və bir çox kül elementlərinin mənimsənilmə səviyyəsi yaxşıdır. 
pH 8,5 (8,7) - 10,0.
Güclü qələvi mühit şəraiti. Belə yüksək pH bir çox qaratorpaqlar və 
şabalıdı torpaqlar üçün səciyyəvidir.
pH 10-12.
Kəskin qələvi mühit şəraiti. Arid (quraq) iqlim 
şəraitində rast gəlinir. Bunlara bir çox şoranlar və karbonatlı şorakətlər aiddir. Fosfatların 
mənimsənilmə səviyyəsi zəifdir, dəmir və manqan çatışmır, borun artıqlığı mümkündür. 
Fiziki şəraitin son dərəcədə əlverişsizliyi, struktursuzluq və mikroorqanizmlərin fəaliyyətinin 
sıxışdırılması ilə səciyyələnir. Gipsləmənin yüksək dozalarını tələb edir. 
5.1.2. Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin qida maddələrinin 
çatışmazlığı və artıqlığı simptomları (əlamətləri) 
Bitkilər lazımi qidaları kifayət qədər ala bilmədikləri zaman, gözlə görünən çatışmazlıq 
əlamətləri göstərirlər. Əsas çatışmazlıq əlamətləri bunlardır:
Azot çatışmazlığı:
Bitkinin inkişafına mane olur, rəngi 
saralır. Yarpaq ucları bitkinin aşağı yarpaqlardan 
başlayaraq qırmızımtıl qəhyəyi rəng alır. Yaşlı yarpaqlar 
tökülür. 
Fosfor çatışmazlığı:
Kökün inkişafına mane olur, saplar 
uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi 
göyərir. Yarpaq ayası içəriyə doğru qatlanır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin