Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 163
tələbat göstərirlər.
Azot (N ) - bitkinin vegetativ hissələrinin - boyunun
sürətlə böyüməsini təmin edən əsas elementdir. Azot
çatışmazlığı məhsuldarlığı məhdudlaşdıran (azaldan) əsas
amillərdəndir. Lakin onun torpaqda normadan çox olması
meyvə və toxumundan istifadə edilən bitkilərdə barverməni
ləngidir. Azotlu gübrələrdə azotun miqdarı ammonium
şorasında 34,6 %, ammonium sulfatda 21 %, sidik cövhərində
(karbamid) 46 % təşkil edir.
Fosfor ( P ) - yetişməni tezləşdirir, məhsuldarlığı və
məhsulun keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Fosforla optimal qidalanma şəraitində bitkilərin kök sistemi
torpağın dərin qatlarına daha yaxşı gedir. Bu isə bitkilərin qida
maddələri ilə yaxşı təmin olunmasına şərait yaradır. Ayrı-ayrı
fosforlu gübrələrdə P
2
O
5
aşağıdakı miqdardadır; sadə
superfosfat - 14-19,5 %, dənəvər şorbaerfosfat - 19,5 %,
fosforit unu - 19-23 %, ikiqat superfosfat - 38-40 %, sümük
unu – 30 %.
Kalium ( K ) - qida maddələrinin bitkinin böyüyən orqanlarına sürətli hərəkətinə,
kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri sulu karbonların,
yarpaqlarda (CO
2
mənimsəyərək) şəkər və nişasta toplanmasına, bitkinin xəstəliklərə,
quraqlığa və soyuğa davamlılığına, tərəvəzin saxlanma keyfiyyətinin artmasına səbəb olur.
Kalium çatışmadıqda bir çox tərəvəz bitkiləri göbələk xəstəliklərinə asanlıqla yoluxur.
Həmçinin, bitkidə qocalma kaliumun miqdarının azalması, kalsiumun miqdarının isə artması
ilə əlaqədardır.
Kaliumlu gübrələrdə aşağıdakı qədər K
2
O vardır: kalium-xlorid - 53-57 %, kalium- sulfat
- 45-50 %, kalium-şorası - 46,5%, kalium duzu - 30-40%, silvinit - 22-28 %, odun külü - 7-8 %.