İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


 Ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən mineral gübrələr



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə159/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   155   156   157   158   159   160   161   162   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

5.1.4. Ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən mineral gübrələr
Bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin etmək üçün torpağa verilən duzlara - 
mineral gübrələr
deyilir
Torpağı uzun müddət istismar etdikdə ondakı mineral maddələr tükənir, bitkinin 
məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Ona görə də bitkiləri qida maddələri ilə 
təmin etmək üçün mineral gübrələrdən istifadə edilir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpağın münbitliyinə, strukturuna çox 
tələbkar olduğundan, bitkiləri peyinlə (və ya digər üzvi gübrə ilə) və ya üzvi çürüntülərlə 
zəngin, alaqsız, su ilə təmin olunmuş və bərabər suvarıla bilən sahələrdə yerləşdirmək 
lazımdır. Hektara 25-30 ton peyin çürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq kalium 
gübrəsi verilir. Bitkilər zəif böyüdükdə azotlu və kaliumlu gübrələrin qarışığı ilə yemləmə 
aparılır. Kalium gübrəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini artırır. Yemləmə 
məqsədilə hektara cərgəaralarına 200 kq ammonium şorası və 100 kq kalium gübrəsinin 
qarışığı verilir, torpaqla qarışdırılır və sahə suvarılır. Bu iş məhsul yığımına azı 15-20 gün 
qalmış qurtarmalıdır.
Tərxun bitkisi üçün düzəldilmiş bir hektar sahəyə oktyabr-noyabr aylarında 50-60 ton 
üzvi gübrə, 300-400 kq superfosfat, 100 kq kalium gübrəsi verib arxasınca 30-35 sm 
dərinliyində şumlanmalıdır.


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
165 
Nanə bitkisinə əsas gübrə kimi hektara 20-60 
ton peyin N
45 
P
45 
K
45
dozasında mineral gübrələrlə 
birlikdə yaxud da hektara 90-120 kq hesabı ilə 
azot, fosfor və kalium gübrələri verilməlidir. 
Razyana bitkisi altına ancaq mineral 
gübrələrin verilməsi məsləhət görülür. Əsas gübrə 
kimi 40-50 kq fosfor və kalium gübrələri verilir. 
Azot gübrəsi (N40 - 50 kq) isə yazda kultivasiya 
altına verilir. 
Reyhan qida maddələrinə çox tələbkardır. 
Hektardan 20 ton kütlə məhsulu verərsə, 
torpaqdan 110 kq azot, 22 kq fosfor və 211 kq 
kalium aparır. Qida maddələrinin çox hissəsi 
qönçələmədən texniki yetişkənliyə qədər olan 
müddətdə sərf edilir. 
Kərəviz bitkisinə hər biçildikdən sonra 
(yarpaq forması) yemləmə gübrəsi verilməlidir. 
Kökmeyvəli forması becərilən sahələrə isə 
kompleks gübrə tətbiq edilməlidir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin