İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


 Orqanik ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalı haqqında məlumat



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə167/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   163   164   165   166   167   168   169   170   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

5.3.1. Orqanik ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalı haqqında məlumat, 
mineral gübrələrin məhsulda qalıq təsiri, onların normaları və məhsulun 
sertifikatlaşdırılması
Orqanik ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalının əsas mahiyyəti növbəli 
əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin xəstəlik və 
zərərvericilərə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbiqi, gübrələrin, herbisidlərin, 
boy stimulyatorlarının, əlavə qarışıqların azaldılması və sairə prinsipinə əsaslanır. Mineral 
gübrələr tələb olunan normadan artıq tətbiq edilərsə, bu bir sıra aqro-ekoloji və sanitar-
gigiyenik problemlər yaradır. 
Normadan artıq gübrələmə apardıqda mineral gübrələrin torpaqda qalıq təsiri hesabına 
torpağın münbitlik göstəriciləri pisləşir. Həmçinin, torpaqda qalan mineral gübrələr 
atmosferi və hidrosferi çirkləndirir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olur. 
Torpağa verilən mineral gübrələrin bitkilərin tərkibində qalıq təsiri nəticəsində məhsulun 
keyfiyyəti pisləşir. Nəticədə, sanitar-gigiyenik normalara cavab verməyən, ekoloji cəhətdən 
çirkli məhsullar istehsal olunur. Bu da insanların və kənd təsərrüfatı heyvanlarının 
sağlamlığına mənfi təsir göstərir. 
Aparılan tədqiqatların nəticələri göstərir ki, torpağa verilən azot gübrələrinin yalnz 40 %-i 
bitkilər tərəfindən mənimsənilir, qalan hissəsi qaz birləşmələri şəklində atmosferə qalxır və ya 
mütəhərrik halda torpaq horizontları ilə aşağıya doğru yuyulır.
Mineral azotun intensiv istifadə olunduğu ərazilərdə mövcud olan qrunt sularında 
nitratların toplanması halları daha çox nəzərə çarpır. Yeraltı sular hesabına formalaşan şirin su 
hövzələrində nitratların toplanması sanitar-gigiyenik problemlər yaradır. Nəzərə alsaq ki, bir çox 
ölkələrin dövlət standartlarına uyğun olaraq içməli suyun tərkibində olan nitratların buraxıla 
bilən həddi 25-45 mq/litr qəbul edilmişdir, onda şirin suyun tərkibində qeyd olunan həddən artıq 
nitratların toplanması sanitar gigiyenik baxımdan olduqca təhlükəli hesab olunur. 
Mineral gübrələr torpağın ağır metallarla və toksiki elementlərlə çirklənməsində əsas 
mənbə hesab olunur. Ağır və toksiki metallarla çirklənmiş torpaqlarda becərilmiş bitkilərdə 
bu elementlər məhsul vasitəsilə ilə insan və heyvan orqanizmlərinə keçərək sağlamlığa ciddi 
ziyan vurur. 
Ağır və radioaktiv 
elementlər 
Ədviyyat, bitki 
çayları və dərman 
bitkiləri 
Ağır və radioaktiv 
elementlər 
Ədviyyat, bitki 
çayları və dərman 
bitkiləri 
Hg 
0,02 
Ni 
0,5 
Cd 
0,03 
Se 
0,5 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin