İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə164/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   160   161   162   163   164   165   166   167   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 5.6. Torf
Şəkil 5.8. Sideratlar
Şəkil 5.7. Yarpaqlı və cimli torpaq 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
170 
həllolunmasını artırır, acıpaxla isə kaliumun çətin mənimsənilən formalarını istifadə edə bilir. 
Taxta kəpəyi və ağac qabığı.
Taxta kəpəyi 
torpağın münbitliyini əhəmiyyətli dərəcədə artıra 
bilən, onun hava keçirməsini və rütubət tutumunu 
yaxşılaşdıran ucuz üzvi gübrədir (Şəkil 5.9). Lakin 
onu torpağa tam çürümüş və ya digər üzvi 
materiallarla qarışıqda vermək olar. Çürümə 
prosesinin sürətlənməsi üçün topaya yığıb su və 
təzə peyinlə isladırlar. Kəpəyi torpaqla birlikdə 
lay-lay yığmaq faydalıdır. Yay ərzində yığılmış 
bitki qalıqlarını da əlavə etməklə topanı iki dəfə 
qarışdırırlar. Kəpək turş reaksiyalı olduğu üçün 
ona əhəng və ya təbaşir (bir vedrəyə 120-150 
qram) əlavə edirlər. Üzvi gübrə kimi istifadə üçün 
ağac qabığı (meşə təsərrüfatı və ya ağac emalı sənayesinin tullantıları) kompostlaşdırılır. 
Qabığı (75 % nəmlikdə) 10-40 sm uzunluqda xırdalayıb digər üzvi materiallarla qarışdıraraq 
kompostlaşdırırlar.
Kompostları -
müxtəlif üzvi materiallardan hazırlayırlar. Zərərverici və xəstəliklərlə 
zədələnməmiş bitki qalıqlarını, quş zılını, peyni və digər materialları düz səth üzərində 
arasını çim torpaq və ya torfla laylaşdıraraq yumşaq topaya yığırlar (qalaq). Topanın 
(qalağın) alt hissəsini 10-12 sm qalınlıqda yarpaqlardan, kəpəkdən və ya torfdan ibarət 
döşəmə təşkil edir. 
Maye yaşıl gübrələr - Maye yaşıl gübrə ekoloji kənd təsərrüfatında kifayət qədər geniş 
tətbiq olunur. Belə gübrələr bitki tərəfindən asan mənimsənilir və onlar bitkilərin intensiv 
boy atmasını təmin edir (gicitkən, xəndəkotu və sairə). Məsələn: gicitkən bitkisindən maye 
gübrə hazırlayırlar. Onun tərkibində çoxlu miqdarda azot və kalium elementləri vardır. Bu 
gübrələrdən bitkilərin suvarılmasında birbaşa kökdən, onun duruldulmuş cövhərini bitki 
üzərinə çiləməklə yarpaqları vasitəsilə kökdən kənar yemləmə həyata keçirilir. Maye bitki 
gübrəsi ilə çiləmə ekoloji təsərrüfatlarda səmərəli üsullardan biri sayılır. Yarpaqların 
çilənməsi 2-3 həftədən bir aparılır. 
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpağın münbitliyinə, strukturuna çox 
tələbkar olduğundan, peyinlə (və ya digər üzvi gübrə ilə) və ya üzvi çürüntülərlə zəngin 
torpaqlarda bitir. Bu səbəbdən də peyin və üzvü çürüntülərlə zəngin torpaqlarda becərilən 
ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində mineral gübrələrdən istifadəyə 
ehtiyac yoxdur.
Tərxun bitkisi üçün düzəldilmiş bir hektar sahəyə 50-60 ton üzvi gübrə, nanə bitkisinə əsas 
gübrə kimi hektara 20-60 ton peyin üzvi gübrəsi verilməlidir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin