Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
169
Bunun üçün həcmin yarısını zıl ilə doldurub üzərinə su əlavə edirlər və bu vəziyyətdə 3-5 gün
ərzində saxlayırlar. Məhlulu yenidən su ilə qarışdıraraq (1:10) istifadə edirlər.
Torf, lil.
Torfun tərkibində bitkilər üçün
mənimsənilən qida elementlərinin az olmasına
baxmayaraq, o, humusun miqdarını artırır və
torpağın strukturunu yaxşılaşdırır. Torfun tünd
rəngdə olması istinin udulmasına və torpağın tez
isinməsinə yardım edir (Şəkil 5.6). Torfu
bataqlıqlardan yığaraq lay-lay sərib qurudurlar və
ya kompost tığına əlavə edirlər. Yaddan çıxartmaq
lazım deyil ki, ona əhəng əlavə etmək lazımdır. Lil
göllərin, çayların, kanalların dibində toplanır.
Onun tərkibində çoxlu çürüntü, azot, kalium və fosfor var. Qısa müddətli qurutma
prosesindən sonra onu qumsal torpaqlarda (3-4 kq/m2) müvəffəqiyyətlə istifadə etmək olar.
Yarpaqlı
və
çimli
torpaq.
Peyinin
çatışmaması zamanı yarpaqlardan ibarət yarpaqlı
torpaq çürüntüsünü hazırlayırlar (Şəkil 5.7).
Bunun üçün payızda yarpaqları bir topaya yığaraq
kipləşdirirlər və üzərini torpaqla örtərək qış boyu
saxlayırlar. Yazda topaları yava ilə çevirirlər:
çürüməmiş yarpaqlar alta sərilir, daha yaxşı
çürümüşləri isə üstə sərib topanı qara rəngli pərdə
ilə örtürlər. Vaxt keçdikdən sonra yarpaqlar tünd
rəngli çürüntü kütləsinə çevrilir. Çim laylarını 10
sm qalınlığında kəsib aralarına peyin verərək
qalağa yığırlar. Sentyabr ayında qalağı çevirirlər, oktyabrda isə çim torpağının bir hissəsini
əvvəlcədən ələkdən keçirərək istifadə etmək olar.
Sideratlar.
Bu birillik və ya çoxillik paxlalı
bitkilərin (yazlıq noxud, yemlik paxlalılar,
çölnoxudu, acıpaxla, seradella və sairə) torpağa
basdırılmış iri və ya hündür gövdəli bitki
kütləsindən ibarət əla növ üzvi gübrədir (Şəkil
5.8). Öz təsirinə görə sideratlar demək olar ki, təzə
peyinə bərabərdir. Sideratların bitki kütləsinin
tərkibində olan qida elementləri torpağa düşüb
tədricən parçalanaraq, sonrakı bitkilər üçün
mənimsənilən hala keçirlər, üzvi sideral maddə isə
torpaq strukturunun bərpa olunmasına yardım
edir. Bəzi sideral bitkilər (acıpaxla, qarabaşaq,
xardal) az mütəhərrik torpaq fosfatlarının bitkilər tərəfindən mənimsənilməsini və
Dostları ilə paylaş: