İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 156
Bitkilər
Çıxarılan maddələr
N
P
2
O
5
K
2
O
Ağbaş kələm
3.9
1.4
4.2
Yerökü
2.4
1.0
3.9
Çuğundur
4.7
1.5
4.3
Kahı
2.2
0.8
5.0
İspanaq
3.6
1.8
5.8
Cəfəri
2.0
1.4
4.4
Kərəviz
2.5
1.5
3.1
Turpca
2.1
1.1
4.7
Turp
4.9
3.2
6.1
Сədvəl 5.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin torpaqdan çıxardığı maddələrin miqdarı (1 ton əmtəə məhsula, kq-la) Yarpağından və kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri hər
hektardan məhsulla çıxardığı N, P
2
O
5
və K
2
O-nun miqdarına görə aşağıdakı qruplara bölünür:
Ən çox qida çıxaranlar - orta gecyetişən və gecyetişənlər;
Az qida çıxaranlar;
Ən az qida çıxaranlar.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri torpaqdan çoxlu
miqdarda qida maddələri aldığı halda, qidaya nisbətən az tələbkarlıq göstərir, digər bitkilər
(şitil) nisbətən az qida mənimsəsə də qida şəraitinə çox tələbkardır. Bitkilərin qidaya
tələbkarlığının digər səbəbi kök sisteminin quruluşu və lazımi maddələri almaq
qabiliyyətidir.
Kök sisteminin xarakteri bitkinin yabanı əcdadlarının mənşəyi ilə əlaqədardır və qida
rejimində həlledici rol oynayır. Belə ki, kərəvizin yoğun, çox şaxələnən kökləri onun bataqlıq,
cəfərinin isə köklərinin nazik, əmici tellərinin isə çox olması onun qayalıq dağlıq bitkisi
olduğunu göstərir.
Bitki cavan vaxtı yaşlı dövrünə nisbətən hər bir çəki vahidinə eyni vaxt ərzində daha çox
qida tələb edir. Ayrı-ayrı bitkilərin əsas qida elementlərinə tələbatı müxtəlifdir. Məsələn,
yarpağından istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri azota, kökündən
istifadə edilənlər isə kaliuma çox tələbkar bitkilərdir.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin qida maddələrini mənimsəməsi bir çox
amillərdən asılıdır. Bu amillər aşağıdakılardır: