İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə149/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   145   146   147   148   149   150   151   152   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Məqsəd:
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin gübrə 
normalarının hesablanmasını öyrənəcək, bitkilərdə müxtəlif qida maddələrinə olan ehtiyacı 
müəyyən edə biləcəksiniz.
 
Oxumadan öncə araşdır:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin suvarma vaxtını təyin etmək, gübrə 
normalarının hesablanmasını öyrənmək, bitkilərdə müxtəlif qida maddələrinə olan ehtiyacı 
digər bitki qruplarından fərqləndirərkən nələrə diqqət edilməlidir? 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
155 
5.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin gübrələnməsi
Gübrə - Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara 
(kökdənkənar qidalanma) verilən üzvi və mineral maddələrdir. 
Gübrələr birinci növbədə, bitkini qida maddələrlə təmin edir, torpağın fiziki, kimyəvi və 
bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin 
yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida 
maddələri də torpağa qaytarılır. Bununla da torpaq bərpa edilir. Kənd təsərrüfatı 
bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki 
tədbirlər içərisində gübrələrdən istifadə ən vacib yerlərdən birini tutur. Gübrələr bir neçə 
qrupa bölünürlər: 
Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 
yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. 
5.1.1. Ədviyyat, bitki çayları və dərman bitkilərin qida maddələrinə olan tələbatı 
Digər kənd təsərrüfatı bitkilərinə nisbətən ədviyyat, bitki çayları və dərman bitkiləri 
torpağa və onda olan qida maddələrinə daha çox tələbkardır. Bu, bitkilərin hazırkı 
becərildikləri rayonların torpaq-iqlim şəraiti ilə vətənlərindəki (tropik və subtropik mənşəli 
olması) torpaq-iqlim şəraitinə az uyğun olması ilə əlaqədardır. 
Müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin qida maddələrinin miqdarına, 
növlərinə və formalarına, torpaq məhlulunun qatılığına və reaksiyasına tələbatı müxtəlifdir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpaqdan məhsulla çox qida maddələri 
çıxarır ki, bu da onların qidaya tələbatını əsasən xarakterizə edir (Cədvəl 4.3). 
Gübrələr 
Üzvi
Torf
Kompost
Peyin
Mineral
Azot 
Fosfor 
Kalium 
Mikrogübrələr 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin