Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
147
Suvarma suyunun torpağa verilməsi, torpağın rütubətləndirilməsi və bitkinin su ilə
təmin edilməsi aşağıdakı üsullarla yerinə yetirilə bilər:
1.
Öz axını ilə;
2.
Yağışyağdırma üsulu ilə;
3.
Damcılarla suvarma.
Öz axını ilə suvarma üsulunda su açıq
kanallar və ya boru
kəmərləri ilə suvarılacaq sahəyə axıdılır. Buradan isə müvəqqəti
açıq suvarma şəbəkəsi, sərt və elastiki borularla şırımlara,
zolaqlara və ya xüsusi ləklərə verilərək torpağa hopdurulur.
Yağışyağdırma üsulu ilə suvarmada sahəyə axıdılmış su xüsusi
maşın, qurğu və aparatlar vasitəsilə yağış şəklində sahəyə verilir.
Nəticədə həm torpağın çatışmayan nəmliyi bərpa edilir, həm də
yer səthində əlverişli mikroiqlim yaranır.
Damcılarla suvarma üsulunda su kiçik
diametrli boru kəmərləri
üzərində quraşdırılmış az sərfəli xüsusi damcıladıcılar vasitəsilə
fasiləsiz olaraq bilavasitə bitkinin kök sisteminə verilir.
Əllə suvarma - dəmyə torpaqlarda toxumun cücərməsi üçün, şitil
əkərkən, xüsusilə həyətyanı sahələrdə ədviyyat, bitki çayları və
dərman bitkilərinin suvarılmasında istifadə edilir.
Şırım üsulu ilə (öz axını) suvarmada torpağın 40-50 sm qalınlıqda qatı islanır və hər
dəfə suvarmada bir hektar sahəyə 200-700 m
3
su verilir. Maillik 0,002-dən az olduqda
uzunluğu 40-60 metr, dərinliyi 18-25 sm olan ucu bağlı şırımlarla,
maillik çox olduqda və
yüngül torpaqda isə dərinliyi 12-16 sm olan axıdıcı uzun şırımlarla suvarmaq lazımdır.
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri cərgəvi üsulla,
yarpağından istifadə edilənlər isə şırım üsulu ilə suvarılır.
Süni yağış yağdırma
üsulu bütün ədviyyat, bitki çayları və dərman bitkiləri əkilən
bölgələrdə tətbiq edilə bilir. Yarpağından istifadə edilən ədviyyat, bitki çayları
və dərman
bitkiləri şitil əkinində, habelə relyefi düz olmayan sahələrdə, qumlu yerlərdə süni yağış
yağdırma ilə suvarma daha vacibdir. Bu üsulda həm hava, həm də torpaq bərabər islanır. Bu
üsulla torpaq 40-50 sm dərinliyində islanır, yağışın intensivliyi torpaq tipindən asılı
olaraq
0,5-1,5 mm/saniyə ola bilər.
Damcı üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilərdə torpaq
yuyulmasına səbəb olmadan suvarıla bilər, suvarmanın aparılmasında külək təsir göstərmir,
suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan
təbəqəsi daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının
azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş