Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
21
Publpya Vergiliyanın bağında xeyli әdviyyat bitkiləri becәrilirdi. Eramızın әvvәllәrindә bu
bitkilәrdәn bәzilәri Sezarın döyüşçülәri tәrәfindәn Britaniyaya
gәtirilmiş vә burada
becәrilmәyә başlanmışdır. Bunların içәrisindә reyhan, kәklikotu, keşniş, cirә, şüyüd, cәfәri vә
başqaları var idi. Doqquzuncu әsrdә imperator Böyük Karlın göstәrişinә әsasәn 70-dәn yuxarı
әdviyyat bitkisi Mәrkәzi Avropada mәdәnilәşdirilmişdir. İngiltәrә, Fransa vә digәr ölkәlәrin
orta әsrlәrә aid bir sıra monastır arxivlәrindә müxtәlif bitkilərin becәrilmәsi, kulinariyada,
tibb vә məktәblərdә istifadәsi barәdә mәlumatlar vardır. Orta əsrlәrdә әdviyyata tәlәbat
böyük idi. Әdviyyat bitkilәrinә aid geniş mәlumatları 15-17-ci
әsrlәrdә böyük bağban vә
herbaristlәrdәn Tomos Treeser, Herard (1595) vә Parson (1623) əldə etmişlər. Onların
әsәrlәrindә keçmiş әsrlәrdә alim vә tәcrübәçilәrin müşahidә vә mәslәhәtlәri geniş istifadə
olunmuşdur. 17-ci әsrin sonundan 19-cu әsrin ortalarına kimi bu bitkilәrә maraq daha da
artmışdır. 1883-cü ildә ABŞ-da buraxılan kataloqlardan birindә 140 qiymәtli әdviyyat bikisi
tәsvir olunmuşdur.
Son 50 ildә mәlum olmuşdur ki, bir sıra әdviyyat bitkilәri müxtәlif vitaminlәrlә, qiymәtli
mineral duzlar vә dәrman әhәmiyyәtli maddәlәrlә xeyli zәngindir. Tərkibindә olan әtirli efir
yağları,
qlikozid vә digər maddәlәr, әrzaq mәhsullarının keyfiyyәtini daha da yaxşılaşdırır,
hiss orqanlarını qıcıqlandırır, dad vә hәzm orqanlarının fәaliyyәtini artırır, iştah yaradır, qida
maddәlәrinin mәnimsәnilmәsini, maddәlәr mübadilәsini sürәtlәndirir, sinir, ürәk-damar
sistemlәrinin fәaliyyәtini nizama salır, orqanizmin ümumi vәziyyәtinә müsbәt tәsir göstәrir.
Qәdim xalqlar әdviyyatın әhәmiyyәtini başa düşdüklәri üçün deyirdilər ki, ədviyyatsız fayda
vә sevinc yoxdur. İndiki zamanda әdviyyat bitkilәrinә təlәbat, xüsusilə artmışdır. Müәyyәn
olunmuşdur ki, onlar xörәyi dadlı, әtirli etmәklә yanaşı, hәm dә onun antiseptik vә bakterisid
xassәlәrini artırır.
Ədviyyat bitkilərindən
istifadə eradan bir
neçə min il əvvələ aiddir. Vavilon dövləti
dövründə insanların zəfəran, zirə, reyhan,
küncüd, şüyüd, keşniş, cirə, mərzə, sarımsaq,
soğan və sairə ədviyyə bitkilərindən qatqı kimi
istifadə etmələri haqqında elmi məlumatlara rast
gəlinir (Şəkil 1.7).
Orta əsrlərdə ədviyyatlar - darçın, zəncəfıl,
qara istiot, muskat qozu və sairə Avropaya
Hindistandan aparılırdı.
Bir çox illər ərzində cənubla şimal arasında
gediş-gəliş olmaması nəticəsində yerli əhali,
yalnız yaşadıqları
ərazilərdə olan ədviyyat
bitkilərindən: şüyüd, cəfəri, qıtıqotu və sairədən
geniş istifadə etmişlər. Mülayim iqlimə malik olan
ərazilərdə bitən ədviyyat bitkiləri heç də
xaricdən
gətirilənlərdən
geri
qalmır və
tərkibində olan bioloji-fəal maddələr daha
çoxdur. Buna Qafqazda və Orta Asiyada becərilən nanə və tərxunu göstərmək olar.
Dostları ilə paylaş: