İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
20
mədə və öd kisəsi vəzilərinə təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir və
bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində yaxşı
həll olur və maddələr
mübadiləsinin düzgün getməsinə şərait yaradır.
Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitkilər başa düşülməlidir.
Onlar
orqanizmin sağlamlığında mühüm rol oynayır. Ədviyyatlar demək olar ki,
mahiyyətcə dərman
bitkiləri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman bitkiləri arasında heç bir sərhəd qoymaq
olmaz. Onların hər birinin ayrı-ayrılıqda müalicəvi xüsusiyyətləri var. Sarımsaq, qıtıqotu,
soğan,
xardal və sairə antibiotik təbiətli bitkilər olub qiymətli müalicəvi təsirə malikdirlər.
Mərzə, cəfəri, kərəviz və ardıc böyrəyin fəaliyyətini nizamlayır və orqanizmdə olan artıq suyu
kənarlaşdırır. Mədə şirəsinin ifrazında cirə, razyana, zirə, qıtıqotu, sarıkök, bədrənc,
boymadərən mühüm rol oynayır. Ağız suyu vəzinin normal fəaliyyətində istiot, xardal, sitrus
bitkiləri
mühüm əhəmiyyət kəsb edir (Şəkil 1.6).
Dostları ilə paylaş: