inkişafı
Ədviyyat (lat. “species aromatacea”-yerin meyvəsi) -
yeməklərə, şirniyyatlara,
mürəbbələrə, içkilərə və sairə xüsusi dad, ləzzət, ətir və rəng vermək üçün əlavə edilən
bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissələridir. Buraya bitkilərin
yarpaqları, çiçəkləri, toxumları, meyvələri, kökləri, zoğları, qabıqları, kökümsovları və
sairə aiddir (Şəkil 1.1).
Toxum
Meyvə
Çiçək
Yarpaq
Zoğ
Qabıq
Gövdə
Kök
Kökümsov
Şəkil 1.1. Ədviyyat bitkilərinin təzə və qurudulmuş halda istifadə olunan orqanları
Ədviyyatların qida məhsullarının tərkibinə daxil edilməsi onların dadını və tamını
kəskin surətdə dəyişdirir. Ədviyyatların alındığı bitkilərə "Ədviyyat bitkiləri" deyilir. Ədviyyat
bitkiləri yalnız yeməklərə, içkilərə qoxu, ləzzət və dadverici deyil, həmçinin çay olaraq və
tibbi məqsədlər üçün də istifadə edilirlər (Şəkil 1.2).
Şəkil 1.2. Ədviyyat bitkilərinin çay olaraq və tibbi məqsədlər üçün istifadəsi
İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
18
Ədviyyat bitkilərinin əksəriyyəti uzunömürlü və ekzotik mənşəli olub Uzaq Şərqin
tropik bölgələrində yetişir. Gözəl çiçəklər açaraq görünüş etibarilə bəzək bitkilərini
xatırlatdığından dekorativ məqsədlər üçün də istifadə edilirlər (Şəkil 1.3).
Şəkil 1.3. Ədviyyat bitkilərinin dekorativ məqsədlər üçün istifadəsi
Ədviyyat bitkiləri əsasən iki qrupa ayrılır: ədviyyat və ətirli otlar (Sxem 1.1).
Sxem 1.1. Ədviyyat bitkilərinin qrupları
Ədviyyatlar
Ədviyyat
Vanilin;
Mixək;
Darçın;
Quru nanə;
Toz və dənə qara istiot;
Zəfəran;
Sumaq;
Sarıkök;
Zəncəfil;
Cirə;
Razyana.
Ətirli otlar
Şüyüd;
Reyhan;
Tərxun;
Nanə;
Cəfəri;
Keşniş;
Kəvər;
Turşəng;
Kərəviz;
Kəklikotu
Dəfnə;
Zirə.
|