İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 26
Darçının tərkibində 1,5 % efir yağı vardır. Əsasını darçın aldehidi (65-70 %) təşkil edir.
Bundan başqa darçının tərkibində evgenol, benzaldehid, simol, hidrodarçın və kumin
aldehidi, fellandren, kamfen, kariofillen vardır.
Zəncəfil kəskin xoş ətrə və yandırıcı tama malikdir. Tərkibində 1,5-3,5 % efir yağı vardır.
Əsasını hinqerol
(C
17
H
26
O
4
), sinqeberen (C
15
H
24
), kamfen, fellandren və sinqiberol spirti təşkil
edir.
Zəncəfil bədənə istilik gətirir, quruducu xassəyə malikdir, həzmə kömək edir, köpün
qarşısını alır, qaraciyər və mədənin fəaliyyətini yaxşılaşdırır, möhkəmlədir. Soyuqdəymə, iflic
və sarılıq zamanı zəncəfil işlətmək profilaktik əhəmiyyətə malikdir. Yarıbişmiş yumurta
sarısını zəncəfillə yemək adamı gümrahlaşdırır (qulancar və püstə ilə yemək daha faydalıdır).
Ədviyyələrin orqanizm üçün böyük fizioloji əhəmiyyəti vardır. Mixək və darçın qidanın
tam mənimsənilməsinə kömək edir. Muskat cevizi fitonsid xassəyə malikdir və ona görə də
mikroorqanizmlərin həyat fəaliyyətini dayandırır və ya da tamamilə məhv edir.
Sənayedə işlədilən və ticarət şəbəkəsində satılan ədviyyələrin çoxu qurudulmuş halda
olur. Lakin bəzi ətirli-ədviyyə bitkilərini təzə halda istifadə etmək daha əlverişlidir. Çünki
həmin bitkilərin tərkibində efir yağı ilə yanaşı müxtəlif vitaminlər və bioloji fəal maddələr də
vardır ki, bu da qidanın vitaminlə zənginləşməsinə səbəb olur. Bunlara ətirli təzə göyərtilər -
cəfəri, kərəviz, şüyüd, reyhan, tərxun, nanə, yarpız, dağ keşnişi və sairə aiddir (Cədvəl 1.1).
Ədviyyələrin adı Efir yağı Azotlu maddələr Yağ Nişasta Şəkər Sellüloza Azotsuz