İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə22/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   18   19   20   21   22   23   24   25   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
24 
Bunların əksəriyyəti aşpazlıqda, əczaçılıqda, ətriyyat-kosmetikada, sabun bişirmədə geniş 
istifadə olunur. Bu bir həqiqətdir ki, təbiət gözəl bir əczaxanadır. Burada insanın sağlamlığı və 
xəstəliyinin müalicəsi üçün istənilən qida, dərman maddələrini tapmaq olar. 
Ətirli-ədviyyat bitkilərindən təbabətdə, yeyinti sənayesinin müxtəlif sahələrində, 
texnikada, ətriyyat-kosmetika sənayesində istifadə olunur. Ətirli-ədviyyat bitkilərinin 
tərkibində efir yağları, qlükozidlər, alkaloidlər, boya maddələri, fitonsidlər və sairə maddələr 
vardır. 
Dünyada 120 növdən çox ətirli-ədviyyat bitkisindən efir yağı alınır. MDB-də 40 növə 
qədər ətirli-ədviyyat bitkisindən efir yağı istehsal edilir. Bir neçə növ efir yağının istehsalına 
görə MDB ölkələri dünyada qabaqcıl yerlərdən birini tutur. Məsələn, dünyada istehsal olunan 
keşniş yağının 90 %-i, adaçayı yağının 70-75 %-i, qızılgül yağının 60 %-i bu bölgənin payına 
düşür. 
İstehsal olunan efir yağının 90 %-i ətriyyat-kosmetika sənayesində istifadə edilir. Cirə, 
keşniş, ətirşah, lavanda, nanə, qızılgül və başqa efır yağlarından həm də ətirli maddələr 
(linalool, geraniol, sitrol və sairə) alınmasında istifadə edilir. 
Ətirli-ədviyyat bitkilərindən qurudulmuş halda ət və balıq sənayesində, çörək-bulka və 
qənnadı sənayesində, konserv sənayesində, likör-araq və şərab sənayesində və eləcə də 
kulinariyada istifadə olunur. 
Qeyd etmək lazımdır ki, ölkəmizdə konserv və yeyinti sənayesi ildə 800 tondan çox 
ədviyyat məhsulundan istifadə edir. Bunun 20 %-i vətənimizdə bitən, 80 %-i isə xaricdən 
gətirilən ədviyyatın hesabına ödənilir. Əhalinin qidasında istifadə olunan ətirli-ədviyyə 
bitkilərinin əsasını xaricdən alınan ədviyyə təşkil edir. Yeyinti sənayesi işçiləri xaricdən 
alınan ədviyyələri yaxşı tanıdıqları halda, yerli ətirli-ədviyyə bitkiləri haqqında məlumatları 
çox azdır. Lakin yerli ətirli-ədviyyə bitkilərinin öyrənilməsi, onların yeyinti məhsulları 
istehsalında tətbiqi və xaricdən alınan ədviyyənin əvəzedicisi kimi istifadə olunması böyük 
iqtisadi səmərə verə bilər. 
Ədviyyələrin dəyəri onların tərkibində olan efır yağlarının, qlükozidlərin və 
alkaloidlərin miqdarı ilə müəyyən olunur. Yeyinti məhsullarının emalı zamanı onlara lazımi 
miqdarda ədviyyə əlavə etdikdə, həmin məhsulların dadı və ətri yaxşılaşır. Bu, iştahanın 
artmasına, sinir sisteminin qıcıqlanmasına, şirə ifraz edən mədə və bağırsaq vəzilərinin 
fəaliyyətinin artmasına səbəb olur. Bundan başqa, yeyinti məhsullarının tərkibinə qatılmış 
ədviyyə və tamlı qatqılar onların yaxşı saxlanılmasına da müsbət təsir göstərir. Qidaya qatılan 
ədviyyə xoş ətri və dadı ilə iştahanı artırır, orqanizmə qəbul olunan qidanın yaxşı həzm 
olunmasını və tez mənimsənilməsini təmin edir. 
Bəzi ətirli-ədviyyə bitkiləri vitaminlə zəngindir. Qırmızı istiotun tərkibində 9-12 mq% 
provitamin A (karotin) və 380 mq%-ə qədər C vitamini vardır. Qıtıqotunun tərkibində 100-
250 mq% C vitamini vardır. Bir çox ədviyyələr fitonsid xassəyə malik olmaqla antiseptik 
maddə adlanırlar, çünki onların qidada olması mikroorqanizmlərin həyat fəaliyyətini 
dayandırır və ya tamamilə məhv edir. Zirə, cirə və şüyüd qidanın həzmində zərərli 
qıcıqlanmaların qarşısını alır. Lakin ədviyyənin normadan artıq işlədilməsi orqanizm üçün 
zərərlidir. Çünki onların tərkibində qüvvətli təsir qabiliyyətinə malik qlükozidlər və 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin