İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
32
Səpin kişnişi -
Coriandrum sativum
Keşniş
birillik ədviyyat, bitki çayları və
dərman bitkiləri qrupuna aid olub,
əhalinin
gündəlik qidalanmasında vacib əhəmiyyət kəsb
edir.
Bu bitki demək olar ki, respublikanın bütün
bölgələrinin həyətyanı
sahələrində həvəslə
becərilir. Bitki tezyetişən olduğundan (30-40 günə
yeyilməyə yararlı olur) onları sıxlaşdırıcı bitki
kimi də becərmək olar.
Əsasən iki növü adi keşniş və çöl (dağ)
kişnişi, Azərbaycanda becərilir.
Keşniş bitkisinin tərkibində insan orqanizmi
üçün faydalı olan bir sıra
vitaminlər və mineral
birləşmələr vardır. Yarpaqlarında C vitamini 67
mq, A provitamini 10 mq-dək, rutin 145 mq, B
1
və
B
2
vitaminləri, yaşıl hissələrdə və toxumunda isə 2
%-dək efir yağları vardır.
Keşnişin vətəni Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycandır.
Botaniki təsviri və sort seçmə meyarları.
Keşniş bitkisi mil kök sisteminə malikdir, torpağın
dərininə işləyir rəngi ağdır. Çoxlu saçaqlı
köklər
əmələ gətirir ki, bitkinin qidalanması asanlaşır.
Formalarına görə sıx çətirli, orta çətirli,
seyrək çətirli, kolu yığcam, dağınıq, sərilən,
toxumu asan və çətin tökülən olur.
Keşniş bitkisi
birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş
yarpaq qrupları əmələ gətirir. Yarpaq qrupu 5-20
yarpaqdan ibarətdir. Tez yetişən sortları zəif, gec
yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir.
Yarpağın rəngi açıq yaşıl, bənövşəyi yaşıl, parlaq,
tüksüz, tam kənarlı və üç pəncəlidir (Şəkil 1.13).
Gövdənin aşağısındakı yarpaqların ayası
ikiqat
lələkvari, orta və yuxarı hissəciklər xətvari
bölgülüdür.
Dostları ilə paylaş: