İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə27/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   23   24   25   26   27   28   29   30   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
29 
Kök pöhrəsi ilə çoxaltma.
Ana bitkinin 
kökləri üzərində vegetativ tumurcuqlar oyanıb 
zoğ - pöhrə əmələ gətirir. Hər pöhrənin ana 
bitkinin kökünə birləşdiyi yerdə kök yerləşir. 
Payızda ana bitkinin ətrafını qazıb kök pöhrələrini 
ana bitkidən ayırırlar (Şəkil 1.10). 
Kolların bölünməsi ilə çoxaltma.
Adətən 
kök pöhrəsi əmələ gətirən bitkiləri kolların 
bölünməsi yolu ilə də çoxaldırlar (Şəkil 1.11).
 
Şəkil 1.10. Kök pöhrəsi ilə çoxaltma
 
Şəkil 1.11. Kolların bölünməsi ilə çoxaltma 
Sahədə aqrotexniki tədbirlərin yüksək səviyyədə tətbiqi nəticəsində ana bitki külli 
miqdarda kök pöhrəsi əmələ gətirib kollanır. Payızda və ya yazda bitkini torpaqdan qazıb 
çıxarırlar. Çıxarılmış bitkini silkələyərək onun köklərini torpaqdan təmizləyirlər. Sonra 
pöhrəni ana bitkidən ehtiyatla ayırırlar. Nəticədə bir ana bitkidən kökü və yerüstü hissəsi 
olan çoxlu bitkilər ayrılmış olur. 
 
1.4. Ədviyyat, bitki çayları və dərman bitkilərinin qruplaşdırılması
Respublikamızın yabanı florasında 4557 növ ali bitkiyə rast gəlinir ki, bu da bütövlükdə 
Qafqazın təbii florasında olan ali bitki növlərinin (6350 növ, Vojtech Holubec, Pavel Krivka
2006) 70 %-dən çoxunu təşkil edir. Halbuki, ərazicə Azərbaycan Qafqazın təxminən 16 %-i 
qədərdir. Bu zənginlik respublikanın təbii-tarixi və fiziki-coğrafi şəraitinin müxtəlifliyi ilə izah 
edilir. Təxmini hesablamalara görə Azərbaycanda təbii bitən çiçəkli bitkilərin 1500 növündən 
çoxu xalq təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilər. Başlıca məqsəd bu zəngin 
təbii sərvətdən səmərəli istifadə etmək və onu mühafizə edib, gələcək nəsillərə saxlamaqdan 
ibarətdir. 
Floramızın tərkibində bioloji fəal maddələrlə zəngin yabanı tərəvəz bitkiləri olduqca 
çoxdur. Tərəvəzlər kompleks göstəricilərinə görə vegetativ və generativ tərəvəzlərə 
ayrılmaqla təsnif edilirlər. Vegetativ tərəvəzlərin yeyilən hissəsi bitkinin müxtəlif vegetativ 
orqanlarıdır, yəni kökü, zoğu, yarpağı və saplağıdır. Vegetativ tərəvəzlər 7 yarımqrupa 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin