İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə23/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   19   20   21   22   23   24   25   26   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
25 
alkaloidlər vardır. Ona görə də, xüsusən uşaqların və xəstələrin qidasında ədviyyədən çox 
istifadə edilməsinə icazə verilmir. 
Ətirli-ədviyyə bitkilərinin bakterisid və antioksidləşdirici xassəsini nəzərə alaraq 
onlardan konservləşdirmədə də geniş istifadə edilir. Ətirli-ədviyyə bitkiləri 
konservləşdirilmiş məhsulun dad və ətrini yaxşılaşdırmaqla bərabər, orada gedən bəzi 
xoşagəlməz qıcqırmaları törədən mikrobların və çürüdücü bakteriyaların fəaliyyətini 
dayandırır. 
Zəfəranın tərkibində orta hesabla 0,8 % efir yağı, 3,5 % boyaq maddələri vardır. Ümumi 
efir yağının 40 %-ni safranal
(C
10
H
14
O)
,
26,5 %-ni nitropinenol, 5,5 %-ni nonil spirti təşkil 
edir. Bunlardan başqa zəfəran efir yağında 24-dən çox müxtəlif terpenlər, spirtlər, keton və 
aldehidlər vardır. Boya maddəsinin əsasını qırmızı rəngli krotsin təşkil edir. Zəfəranın 
tərkibində karotinoidlərdən α-, β- və γ- karotin, likopin, azafirin, zeaksantin vardır. Zəfəran 
tellərində Bı və
B2
vitaminləri də vardır. 
Muskat cevizinin tərkibində 8-12 % efir yağı vardır. Efir yağının tərkibində pinen və 
kamfen (80 %), linallol, geraniol, safrol, terpineol, miristin turşusu (C
14
H
28
O
2
) vardır. Muskat 
çiçəyində isə 6-12 % efir yağı olur. 
Qara istiota kəskin acı dad verən maddə alkaloid piperin və piperidindir. Onun 
tərkibində 1,2-3,6 % efir yağı vardır. Efir yağı tərkibcə α- və β- pinen, limonen, kariofilen, 
dehidrokarveol piperonal (C
8
H
6
O
3
), fellandren və seksviterpenlərdən ibarətdir. Piperin 
(C
17
H
12
NO
3
) 7,3 %-ə qədərdir. Piperinin hidrolizindən 0,8 %-ə qədər piperidin (C
5
H
11
N) 
əmələ gəlir. Piperin kristal şəklində maddə olub suda çətin, spirtdə asanlıqla həll olur. 
Ətirli istiotun tərkibində 3-4 % efir yağı vardır ki, bunun da 60-80 %-i evgenolun 
(C
10
H
12
O
2
) və ona yaxın fenolların payına düşür. Bu efir yağı mixək, muskat cəvizi və darçın 
efir yağına oxşar ətir verir. 
Vanil meyvəsinin tərkibində olan qlükovanilin qlükozidi β-qlükozidaza fermentinin 
təsirindən parçalanaraq qlükoza və vanilinə (C
8
H
8
O
3
) çevrilir. Bunun çox ətirliyi sərbəst 
vanilinin olmasıdır. Vanilin tərkibində quruluşca vanilinə oxşar piperonal (C
6
H
6
O
3
) maddəsi 
də olur, lakin vanil ətrinə malik deyildir. Vanilin maddəsinin miqdarı 0,75 %-dən 2,9 %-ə 
qədərdir. 
Hilin toxumunda efir yağının miqdarı 3-8 %-ə qədər olduğu halda, qabıq hissədə 0,1-0,7 
%-dir. Qabıq hissədə 28-31 % sellüloza və 12-15 % minerallı maddə vardır. Hil efir yağının 
əsasını α - terpineol, α - limonen, sineol, terpinalasetat təşkil edir. Hil quruducu xassəyə 
malikdir, bədənə istilik verir, həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, əhval-
ruhiyyəni yaxşılaşdırır. Tər iyini aparır, ağız qoxusunu ətirləndirir. Hildən mədə qazı, 
ürəkbulanma, qaraciyər ağrısı, böyrək xəstəlikləri zamanı istifadə etmək məsləhətdir. Onu toz 
halında buruna çəkərək asqırmaqla müxtəlif baş ağrılarını sakitləşdirmək mümkündür. 
Mixəkdə ətirli maddələrin miqdarı 15-20 %-ə qədərdir. Efir yağı əsasən çiçəyinin yuxarı 
hissəsində (18 %) epidermis təbəqəsində toplanmışdır. Sütuncuq hissədə isə 5-6 %-dir. 
Mixəyin tərkibində olan efir yağının əsasını evgenol (70-90 %) maddəsi təşkil edir. Mixəyin 
dəyəri evgenolun (C
10
H
12
O
2
) miqdarı ilə ölçülür. Bu ağımtıl-sarı rəngli duru mayedir. Suda 
həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin