İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə31/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   27   28   29   30   31   32   33   34   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
 
Şəkil 1.13. Keşniş bitkisinin yarpaq və çiçək 
qrupu
 
 
Gövdəsi düzdurandır, yumuru formada, qabırğalı, tüksüz, yuxarıdan şaxələnəndir. 
Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri 
mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk önсə sadə çətirli, sonra isə 
3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir. 
Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş 
yayılmışdır. Həşərat vasitəsilə tozlanır. Meyvəsi kürəvi, ikitoxumludur, rəngi sarı-qonurdur. 
1000 ədəd toxumun mütləq çəkisi 4.5-7 qramdır. Cücərmə qabiliyyətini 3-4 il saxlayır. 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
33 
Keşniş sortları yetişkənlik dərəcəsinə görə 
fərqlənir. Vegetasiya müddəti tezyetişən sortlarda 
80-100 gün, orta yetişən sortlarda 100-125 gün, 
gecyetişən sortlarda 125 gündən çoxdur.
 
Bioloji 
xüsusiyyətləri. 
Keşniş 
soyuğa 
davamlıdır, toxumları 3-50 
0
C istilikdə cücərir. 
Qısa və sərin günlərdə rozet yarpaqları yaxşı 
böyüyür və yüksək məhsul verir. Belə havada bitki 
toxum zoğu əmələ gətirmir və toxum vermir. Ona 
görə də onun istifadə müddəti uzanır. Ümumilikdə 
keşniş uzun gün bitkisidir. Toxum materialı əldə 
etmək üçün uzun gün lazımdır (Şəkil 1.14). 
Sort və hibridləri.
Bir çox tərəvəz bitkilərinə nisbətən keşniş sortları olduqca azdır. Bu 
onun becərildiyi sahələrin məhdudluğu ilə əlaqədardır. Hal-hazırda keşniş bitkisinin əkin 
sahəsi və sortlarının artırılmasına ciddi fikir verilir. Keşniş sortlarından yerli Gəncə sortu və 
respublikamızda becərilən Coriander, Birlik, 
Karkeh hibridləridir.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin