Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
35
Common.
Şüyüd sortunun hündürlüyü 40-150 sm, yarpaqlarının uzunlugu 5-30,
ətirli
şirin və xoş dadı var. Təzə halda istifadə olunur. Respublikanın tərəvəz becərilən zonaları
üzrə qeydiyyata alınmışdır.
Otello.
Qazağıstanın 19 papulyasiyasından seçmə yolu ilə alınmışdır
Böyük və uzun
yarpaqlara malik orta ölçülü rozet əmələ gətirir. Yarpaqların saplağı nazik, hamar və yaşıl
rənglidir.Tezyetişəndir, kütləvi cücərmədən texniki yetişkənliyə qədər (əsas zoğun
hündürlüyü 15-20 sm olanadək) hava şəraiti və torpağın vəziyyətindən asılı olaraq 22-35 gün
çəkir. Bu sort ən yüksək əmtəəlik məhsulu mart- yaz və sentyabr- payız səpini müddətlərində
verir. Belə ki, 1 m2-dən 3 kq-a qədər göyərti məhsulu əldə etmək olur.
Xarkovskiy 85
(Ukrayna ET Tərəvəzçilik və Bostançılıq institutu). Vegetasiya müddəti -
kütləvi çüçərmədən gövdə əmələ gətirmənin başlanğıcınadək 40-45 gün,
toxumun
yetişməsinədək isə 100-105 gün arasında dəyişir.
Yarpaq qrupu iri və dağınıq, rəngi azacıq
göyümtül-yaşıldır. Mum təbəqəsi zəifdir.
Gövdəsi
hündur, çətiri qabarıq (diametri 12-15 sm) olub,
orta sayda şüaya malikdir.
Oval formada olan
toxumları bozumtul-qonur rənglidir.
Qoldkron.
İsti şəraitə davamlı
və yüksək
məhsuldarlıq potensialı olan tetraploide sortdur.
Yarpaqları nazik yarılmış, tünd yaşıl, orta görünən
mum örtüklüdür (Şəkil 1.18).
Qrinslivesairə
Tünd yaşıl yarpaqlı etibarlı
sortdur.
Saplaqlamağa
davamlıdır,
ilboyu
becərmək üçün tövsiyyə edilir.
Adi sortlarla
müqayisədə böyük yarpaq kütləsi yaradır.
Dostları ilə paylaş: